Əlvida məktəb

Budur, şagird kimi məktəbə gəlməyin son günü. Acılı-şirinli xatirələr yaddaşımızda dərin iz buraxır.
11 il əvvəli, birinci sinfə gəldiyimi gözümün önünə gətirirəm. Mənə elə gəlir ki, bu hadisə dünən olub…
İlk dəfə məktəbə gedişim, sinif yoldaşlarımla ilkin tanışlıq – bunlar mənə çox doğmadır. Bəzən gülüb bəzən də ağladığımız günlər sinif yoldaşları ilə hadisələri düşündükcə bu illərin heç bitməməsini istəyirəm. Amma, çox təəssüf ki, bəzən istəklərimiz əlçatmaz olur. Son zənglərdə hər zaman məzunlara həsəd ilə baxırdım, builki son zəngdə isə onların yerində özüməm.

Təhsil aldığım şəhər 4 nömrəli məktəblə vidalaşmağım isə mənə çox ağır gəlir. Oradakı müəllimlər ibtidai sinifdən bəri hər birimizin əziyyətini çəkib və bizim üzərimizdə hər birinin böyük haqqı var.
Mənə “Əlifba”nı öyrədən Hədiyyə müəllimi heç zaman unutmaram. Hərdən bizə acıqlansa da, ana kimi əziz və doğma baxışlarla qəlbimizə nüfuz edən bu müəllimdən nə qədər danışsam azdır. Bu müəllim mənə təkcə dünyəvi elmləri deyil, həm də həyatı, haqqı, ədaləti, Allahı sevməyi öyrədib.
Vaqif müəllim isə yaddaşımda oxuduğum məktəbin direktoru həm də fizika müəllimi kimi qalacaq. Güllü müəllim də həmişə sevimli və əziz olacaq. O, riyaziyyat müəllimi olmaqla yanaşı, həm də pis və yaxşı günümdə yanımda olan bir xanımdır. Sevil müəllim də istəkli müəllimlərdəndir. Sinif rəhbərim olan bu qadın həm də ingilis dili müəllimimdir. Sevimli müəllimlərimdən biri isə Rəna müəllimdir. O, Azərbaycan dili və ədəbiyyatı müəllimimdir. Zəhmətimi çəkmiş müəllimlərimin hər birinin qarşısında baş əyirəm. Lətifə, Şahin, Vidadi, Cahid, Azər, Elnur və digər müəllimlərimə də təşəkkür edir, hamısından halallıq istəyirəm.
Ləman Süleymanzadə,
şəhər 4 nömrəli tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz