Adı dillərə düşmüş həmyerlimiz


Xalq şairi Fikrət Qocanın təbirincə desək, “Oğuzların bəlkə də, ilk ocağı” olan Sulut həmişə yetirdiyi görkəmli adamları ilə fəxr etmişdir. General X.Əfəndiyev, professor Rizvan Piriyev və başqa ziyalılar Sulutda doğulub, boya-başa çatmışlar. Kəndin digər bir oğlu – Bəhyəddin Mirzəyev isə ikinci dünya müharibəsində göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Bununla da nəinki kiçik dağ kəndimiz dillərə düşdü, adamlarına başucalığı gətirdi. Həmçinin rayonumuzun, ölkəmizin şöhrəti artdı.

Adı dillərə düşmüş həmyerlimizAdı dillərə düşmüş həmyerlimiz

Xalq şairi Fikrət Qocanın təbirincə desək, “Oğuzların bəlkə də, ilk ocağı” olan Sulut həmişə yetirdiyi görkəmli adamları ilə fəxr etmişdir. General X.Əfəndiyev, professor Rizvan Piriyev və başqa ziyalılar Sulutda doğulub, boya-başa çatmışlar. Kəndin digər bir oğlu – Bəhyəddin Mirzəyev isə ikinci dünya müharibəsində göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Bununla da nəinki kiçik dağ kəndimiz dillərə düşdü, adamlarına başucalığı gətirdi. Həmçinin rayonumuzun, ölkəmizin şöhrəti artdı.
Gənc Bəhyəddin 1936-cı ildə ordu sıralarına çağırılmışdır. O, Tbilisi şəhərində Topçu komandirləri hazırlayan hərbi məktəbi bitirərək zabit rütbəsi almışdır. Müxtəlif ağır döyüşlərdə vuruşaraq Almaniyaya qədər gedib çıxmışdır. 1945-ci il aprelin 29-da ağır yaralanmış və tərxis olunmuşdur. Ordudan qayıtdıqdan sonra bir müddət Göyçayda müəllim işləmişdir.
Adı dillərə düşmüş həmyerlimiz
Böyük Vətən müharibəsi başlayan gündən orduya çağırılmışdır. 1942-ci ildən məşhur 416-cı Azərbaycan Taqanroq diviziyasının 1054-cü alayı tərkibində Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir.
B.Mirzəyevin topçuları Mozdok, Taqanroq, Melitopol uğrunda gedən döyüşlərdə düşmənin 8 tankını, iki avtomaşınını, 5 topunu, 12 minamyotunu, 20 pulemyot nöqtəsini və 120 nəfər canlı qüvvəsini məhv etmişdir.
416-cı diviziya müxtəlif vaxtlarda Zaqafqaziya, Cənub, 4-cü və 3-cü Ukrayna cəbhələrinin tərkibində Cənubi Ukraynanın, Moldovanın bir çox yaşayış məntəqələrinin azad edilməsində iştirak etmişdir.
1944-cü ilin sentyabrında diviziya 1-ci Belorusiya cəbhəsinin tərkibinə verilmişdir. İgid eloğlumuzun topçuları Polşada və Almaniyada xüsusi qəhrəmanlıqla vuruşmuşlar. Topçular əsasən Visla-Oder əməliyyatında, Berlinin alınmasında böyük rəşadət göstərmişlər.
1945-ci ilin yanvarında Auqustua yaşayış məntəqəsi uğrunda gedən qızğın döyüşlərdə B.Mirzəyev öz batareyası ilə düşmənin 7 atəş nöqtəsini və bir bölük əsgərini məhv etmiş, ağır yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməmişdir.
Yanvarın 16-da Byalobyeji kəndi uğrunda döyüşlərdə düşmənin iki tankı, bir piyadaların döyüş maşını məhv edildi. B.Mirzəyev daha sonra Kustrin və Berlin şəhərləri uğrunda gedən döyüşlərdə də fəal iştirak etmişdir.
Adı dillərə düşmüş həmyerlimiz
Həmyerlimizin döyüşlərdəki qəhrəmanlıqları yüksək qiymətləndirilmişdir. Bəhyəddin Şahvələd oğlu Mirzəyevə SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 may 1945-ci il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş və o, Lenin ordeni ilə təltif edilmişdir. Onun digər orden və medalları da var. Böyük Vətən müharibəsi ordenləri,12 döyüş medalı həmin qəbildəndir.
Müharibədən qayıtdıqdan sonra Azərbaycan Rabitə Nazirliyi sistemində işə başlamış və oradan da pensiyaya çıxmışdır.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində xeyli iş görmüşdür. Tez-tez tələbələrlə, şagirdlərlə görüşər, o qanlı-qadalı illərdən söhbətlər edərdi. Doğma kəndini də unutmurdu. Ömrünün son 7-8 ilində Sulut kənd orta məktəbində keçirilən bütün ilk və son zəng tədbirlərində iştirak edərdi. Şən, optimist, qayğıkeş bir insan idi. Hamı ilə dostcasına görüşər, hal-əhval tutardı, hətta, uşaqlarla da bir dost kimi rəftar edərdi.
Azərbaycan SSR Nazirlər Sovetinin 14 avqust 1989-cu il tarixli qərarı ilə Sulut kənd orta məktəbinə Bəhyəddin Mirzəyevin adı verilmişdir.
Qəhrəmanın bir oğlu, iki qızı və yeddi nəvəsi var. Nəvəsi Ayaz Mirzəyev tanınmış telejurnalistdir.
İgid həmyerlimiz 1987-ci ilin iyun ayında vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn edilmişdir.
Məktəbimizin kollektivi igid həmyerlimizlə fəxr edir. Onun həyatı nümunəsində tərbiyə almış gənclərimiz qəhrəmanın yolunu davam etdirirlər. Qarabağ müharibəsində kəndimizin 50 nəfərdən artıq gənci iştirak etmiş, onlardan 9 nəfəri şəhid olmuşdur. Hazırda məktəbimizin məzunlarından 10 nəfəri zabit kimi Milli Ordumuzun müxtəlif hissələrində xidmət etməkdədir. Onlar ata və babalarının şanlı yollarını davam etdirirlər.
Xurşud Cəfərov,
Sulut kənd tam orta məktəbinin direktoru

Şərh Yaz