ADA-nın əməkdaşları İsmayıllıda

Azərbaycan Diplomatik Akademiyası (ADA) Respublika Prezidentinin 15 dekabr 2006-cı il tarixli fərmanı ilə təsis edilmiş, ölkə Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA-sı yaradılmışdır.
May ayının 22-də universitetin tələbə qəbulu şöbəsinin müdir müavini Firuzə Əliyeva və digər əməkdaşlar rayonda I, II, III ixtisas qrupları üzrə hazırlaşan və təhsildə yüksək nəticələri olan X-XI sinif şagirdləri ilə görüşmüş, ADA-nın təhsil sisteminə dair təqdimat keçirmişlər.

Ümumtəhsil məktəblərinin 120 nəfərdən çox yuxarı sinif şagirdi və müəllimlərin toplaşdığı, təqdimat Rayon Təhsil Şöbəsinin iclas zalında baş tutdu. Tədbiri RTŞ-nin müdiri R.Orucov açdı, rayonun təhsil uğurları barədə məlumat verdi. RİH-nin nümayəndəsi M.Məhərrəmov RİH başçısı adından qonaqları salamladı və ADA-nın fəaliyyətinə uğurlar arzuladı.
Sonra F.Əliyeva ADA-nın qəbul qaydaları haqqında şagirdlərə geniş məlumat verdi, tədrisin yalnız ingilis dilində aparıldığını, universitetin elmi kitabxanasında 40000 çap və 800000 min elektron kitab olduğunu, qısa vaxtda ilk “yaşıl” və “ağıllı” tələbə şəhərciyinin salındığını, bu ali təhsil ocağının yüksək texnologiya ilə təchiz edildiyini diqqətə çatdırdı. Universitetdə Azərbaycanın məşhur professorları və diplomatlarının, həm də 20-dən çox Amerika və Avropa universitetlərindən zəngin təcrübəsi olan xarici mütəxəssislərin çalışdığını, qəbul imtahanlarından 700 bal toplamış abituriyentlərin birinci il, 640 və daha çox bal toplayanların isə birinci semestr ödənişsiz təhsil aldığını bildirdi. Həmçinin, tələbələrin təhsil kreditlərindən də yararlana biləcəyini diqqətə çatdırdı.
Toplantı iştirakçılarına məlumat kitabçaları paylandı.
Təqdimat ADA Universiteti haqqında qısametrajlı filmin nümayişi ilə başa çatdı.
“İsmayıllı xəbərləri”

Şərh Yaz