Qardaşların rəsm sərgisi

Şəhər 3 nömrəli tam orta məktəbində istedadlı şagirdlər çoxdur. Artıq onlar yalnız məktəbdə deyil,
rayonda, respublikada da tanınırlar. İstedadı, bacarığı sayəsində tanınanlar arasında Paşa və Eşqin Niftalıyev qardaşlarını da görmək olar. Bu balaca rəssamlar məktəbimizin fəxridirlər.


Qardaşların rəsm sərgisiQardaşların rəsm sərgisi

Şəhər 3 nömrəli tam orta məktəbində istedadlı şagirdlər çoxdur. Artıq onlar yalnız məktəbdə deyil,
rayonda, respublikada da tanınırlar. İstedadı, bacarığı sayəsində tanınanlar arasında Paşa və Eşqin Niftalıyev qardaşlarını da görmək olar. Bu balaca rəssamlar məktəbimizin fəxridirlər.
Məktəb rəhbərliyinin diqqət və qayğısı daim istedadların üzərindədir. Bir neçə gün əvvəl məktəbimizdə qardaşların fərdi sərgisi təşkil olunmuşdu. Sərgi ilə tanış olmağa Rayon Təhsil Şöbəsindən Aydın Rəhimov, Vüsal Həmidov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Yusifov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov da dəvət almışdılar.
Qardaşların rəsm sərgisi

Tədbiri giriş sözü ilə məktəbin direktoru Əhmədağa Ələkbərov açdı, balaca rəssamları əldə etdikləri uğurlar münasibəti ilə təbrik etdi və onlara yeni yaradıcılıq nailiyyətləri arzuladı. Qonaqlar da Paşa və Eşqinin əl işlərinə yüksək qiymət verdilər. Onların ümidverici bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışdılar.
Uşaq Yaradıcılıq Mərkəzinin direktoru X.Yusifov sərginin Uşaq Yaradıcılıq Mərkəzində də keçirilməsini təklif etdi.
Balaca rəssamların babası Feyruz müəllim, anası Südabə xanım övladlarına göstərilən diqqət və qayğıya, sərginin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə təşəkkür etdilər.
Əsli Süleymanzadə

Şərh Yaz