Təlim-tədris kursları

Turizm ili çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin dəstəyi ilə respublikanın turizm potensiallı rayonlarında fəaliyyət göstərən mehmanxana, yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil ediləcək. Bununla əlaqədar May ayının 26-da İsmayıllı Peşə Tədris Mərkəzində tədbir keçirilib.
Təlim-tədris kurslarıTəlim-tədris kursları

Tədbirdə çıxış edən İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov rayonun turizm potensialı haqqında danışıb.
Mədəniyyət və Turizm Nazirliyinin turizmin inkişafı sektorunun əməkdaşı Cəfər Qarayev bildirib ki, treninqlərin məqsədi regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsidir.
Təlim-tədris kursları
Qeyd edək ki, təlim-tədris kursları may ayının 26-dan iyunun 2-dək keçiriləcək. Kurslarda əsasən 4 sahə – idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməlik və masa xidməti ixtisasları üzrə dərslər keçiriləcək, dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək. Sonda kurslarda iştirak edən dinləyicilərə sertifikatlar veriləcəkdir.
Çinarə Bəhərçinli

Şərh Yaz