Musiqili qonaqlar

E.Əzimov adına rayon Uşaq İncəsənət Məktəbində musiqi təhsili alan uşaqlar tez-tez uşaq bağçalarının, məktəblərin qonağı olurlar. Xüsusilə də tarixi günlər ərəfəsində belə gedişlər intensivləşir. Yerlərə gedişləri musiqiçi şagirdlərin bir növ hesabatı kimi də qəbul etmək mümkündür. Məktəbin müəllimləri Jalə Qədirova, Xəyalə Bədəlova və Mahir Ağayevin siniflərində təhsil alan bir qrup şagird öz ilk qastrollarına çıxmışlar.

Musiqili qonaqlarMusiqili qonaqlar

Onu da qeyd edək ki, bu təşəbbüsün təşkilatçısı məktəbin təcrübəli müəllimi Ceyran Ağayevadır.
Şagirdlər may ayında şəhər 1 və 3 nömrəli uşaq bağçalarında, həmçinin şəhərin 5 nömrəli tam orta məktəbində maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsert proqramına müxtəlif bəstəkarların əsərlərindən parçalar, xalq mahnıları, oyun havaları və rəqslər daxil edilmişdi. Bağçanın uşaqları da bu konsertdə çıxış etdilər. Gənc musiqiçilər xeyli alqış payı qazanmışlar.
Bağça və məktəb kollektivləri kiçik musiqiçi qonaqların çıxışlarından tam razı qalmışlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz