Yaddas kitabcasi

Hesabat konserti

Rayon Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi Elnarə Məmmədovanın sinfində oxuyan Nərmin və Səadət Nemətli bacıları müəllimləri, şagird dostları və valideynlər qarşısında bir növ hesabat konserti ilə çıxış etmişlər. Tədbir həm də 28 May Respublika Gününə həsr edilmişdi.
Hesabat konsertiHesabat konserti

Rayon Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi Elnarə Məmmədovanın sinfində oxuyan Nərmin və Səadət Nemətli bacıları müəllimləri, şagird dostları və valideynlər qarşısında bir növ hesabat konserti ilə çıxış etmişlər. Tədbir həm də 28 May Respublika Gününə həsr edilmişdi.
Hesabat konserti
Bacılar bu il musiqi məktəbini başa vuracaqlar. İllər ərzində öyrəndiklərini həmin gün nümayiş etdirməli idilər. Məktəbin direktor müavini Nazim Aydınov giriş sözü ilə tədbiri açaraq qeyd etdi ki, şagirdlərimizin belə çıxışları artıq ənənə halını almışdır. Söz musiqiyə verildi. Bacılar tək-tək və həm də birlikdə fortepianoda bacarıqlarını nümayiş etdirdilər. Onlar həm Azərbaycan bəstəkarlarının, həm də xarici ölkə bəstəkarlarının əsərlərindən parçalar ifa etdilər. Sinif yoldaşları Almarə Mirzəliyeva və Kübra Bağırlı bacıları musiqi ilə salamladılar.
Hesabat konserti
Direktor müavini N.Aydınov tədbir iştirakçılarına və bacılara təşəkkür etdi.
Məktəbin müəllimi Ceyran Ağayeva çıxışında bacılara bundan sonra da təhsildə uğurlar arzuladı. Sonra qeyd etdi ki, fəxrlə deyə bilərəm ki, bu bacıların müəllimi Elnarəyə vaxtilə bu məktəbdə mən dərs demişəm. Onun uğurları məni çox sevindirir. Deməli, onun uğurlarında az da olsa, mənim də əməyim var.
Məktəbin qocaman müəllimi Əvəz Abbasov, məktəbin fortepiano şöbəsinin müdiri Zərifə Novruzova çıxışlarında bacıların çıxışlarından və Elnarə müəllimin müsbət işindən razı qaldıqlarını bildirdilər. Bütün uşaqlara yaradıcılıq uğurları arzuladılar.
Valideynlər müəllim kollektivinə təşəkkür etdilər.
Sonda bacılara xatirə hədiyyələri təqdim etdilər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz