Sarsıdıcı xəbər

Ölüm həmişə insanı sarsıdır. Vaxtsız ölüm isə insana daha çox təsir edir, ona uzun müddət özünə gəlməyə imkan vermir .Bu itkilərdən biri də bu günlərdə son mənzilə yola saldığımız A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin IV sinif şagirdi Fətəliyeva Zərifə Yaşar qızının ölüm xəbəri idi. Ədəbli, nəzakətli, səliqəli geyinməyi xoşlayan, nümunəvi, sinfin əlaçı şagirdlərindən biri idi. Onda oxumaq həvəsi çox güclü idi.
Sarsıdıcı xəbər

Ölüm həmişə insanı sarsıdır. Vaxtsız ölüm isə insana daha çox təsir edir, ona uzun müddət özünə gəlməyə imkan vermir .Bu itkilərdən biri də bu günlərdə son mənzilə yola saldığımız A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin IV sinif şagirdi Fətəliyeva Zərifə Yaşar qızının ölüm xəbəri idi. Ədəbli, nəzakətli, səliqəli geyinməyi xoşlayan, nümunəvi, sinfin əlaçı şagirdlərindən biri idi. Onda oxumaq həvəsi çox güclü idi. Mehriban rəftarı ilə yoldaşları arasında seçilərdi. Ancaq xəstəlik ona aman vermədi. Aylarla yaşamaq uğrunda mübarizə apardı. Ağır, sağalmaz xəstəliyə düçar olan balaca qızcığaz 20 may 2014-cü il tarixdə açılmamış çiçək kimi soldu. Amansız ölüm onu doğmalarından və yaxınlarından ayırdı. Şagirdlərin və müəllimlərin xatirəsində isə ondan əbədi bir boşluq qaldı. İstək və arzularını özü ilə apardı.
Məktəbin şagird və müəllim kollektivi onun ölümündən kədərlənir, əzizlərinə və qohumlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
sinif yoldaşları və sinif rəhbəri

Şərh Yaz