Cinas bulağı

Sözə can vermək, onu cilalamaq, düşüncənin sacında qovurmaq, hamının şirin-şirin yatdığı vaxtda bir tutarlı fikir, söz, qafiyə xətrinə yuxusuz qalmaq şairlik sənətidir.
Vətən dərdi, yurd həsrəti narahat dünyamızın keşməkeşli yolları şairin qəlbindən keçir. Yatanda da aranı dağa, dağı da arana daşıyır şair. Nəyəsə gücü çatmayanda səbrinə arxalanır, Allahın ətəyindən tutub sözə güc verir, inamına söykənir şair. Haqsızlıq görəndə dırnağından təpəsinə qədər yanır, qovrula-qovrula qalır şair.
Kamillik zirvəsinə ucalan, ağlı-zəkası, savadı-ziyası, mərifəti, ülviyyəti, mədəniyyəti, ünsiyyəti, səxavəti ilə təmasda olduğu, oturub durduğu insanları da kamilliyə, müdrikliyə gedən yola çağıra-çağıra, haraylaya-haraylaya aparan Şahməmməd Dağlaroğlunun bu günlərdə çap olunmuş “Cinas bulağı” şeirlər kitabı yazı masamın üstündədir.

Cinas bulağıYeni nəşrlər:

Şeirləri oxuyursan, nə qədər dərin fəlsəfi mənaya malikdir. Şifahi və yazılı poeziyamızda onlarca şeir formaları meydana gəlmişdir. Aşıq poeziyamızda bu gün də yaşamaqda olan bayatı, gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani, müxəmməs və s. bu kimi işlək şeir nümunələri məhz dədə ozanlarımızın, ustad aşıqlarımızın poetik forma axtarışlarıdır. Şahməmməd Dağlaroğlunun kitabındakı cinas qafiyələr də belə axtarışların məhsuludur.
Eyni səs tərkibli sözün bir neçə məna çalarını tapmaq, onu şeirdə qafiyə yerində işlətmək sənətkardan böyük ustalıq tələb edir. Şair bunun öhdəsindən çox yüksək səviyyədə gəlmişdir. Diqqət edək:
… Dağlaroğlu, ya fəryadam, ya dadam,
Yar olmasın əzizləyim, ya dadam.
Hələ də var haqqa, düzə yad adam,
O da gec-tez xəcalətdən tər salar.
Dağ çiçəkləri kimi büllur dil, bədii biçim, fikir aydınlığı ilə məzmun vəhdəti onun yaradıcılığının əsas qayəsidir. Poeziyaya hər hansı bir cinası gətirmək həmin sənətkarın poetik kəşfi sayılır. İstənilən qafiyəni yüzlərcə şair işlədə bilər, bu adi haldır. Amma cinas qafiyələr yaratmaq hamıya nəsib olmur. Şair Şahməmməd Dağlaroğlu bu işin öhdəsindən çox bacarıqla gəlmişdir.
Daş daş üstə qalmasa da neçə yol,
Olmamışdı bu fəlakət, bu dağım.
Bir yerdəyəm, burdan keçir neçə yol,
Bir ağacam, yox salamat budağım…
Cinaslar tamamilə eyni səs tərkibindən düzəlir. Şair həm təcnislərdə, həm də cinas bayatılarda bunları forma xatirinə işlətməmişdir. Sətirlər və bəndlər arasında məna əlaqəsi yaratmaqla, məntiqi bağlılıq, fikir ardıcıllığı yaratmışdır. Kitabda forma ilə məzmun vəhdəti nəticəsində əsl sənət nümunəsi yaratmışdır. Tutarlı cinaslar tapmaqla dilimizin dərin qatlarına baş vurmuşdur.
Kitabın müsbət məziyyətlərini saymaqla qurtarmaq olmaz. Son sözü kitabı həsrətlə gözləyən oxucular deyəcəklər. Biz isə şair Şahməmməd Dağlaroğluya yeni sənət uğurları arzulayırıq.
Hacıməmməd Məmmədov,
Qızıl qələm mükafatı laureatı

Şərh Yaz