Sadəlik böyüklüyün əlamətidir

Ömrün mənası, gözəlliyi və təravəti onu yaşayan insanın halallığa bağlılığı, mənəvi zənginliyi və saflığı ilə qiymətlidir. Nümunə timsallı belə ömür sahiblərinin sayını daha çox görmək həmişə xoş istəklərimizdən biri olmuşdur. Belə adamlar elmimizin, təhsilimizin, bütövlükdə mədəniyyətimizin üfüqlərində işıq saçırlar. Bütün rahatlığını təhsildə, yazıb-yaratmaqda tapan, bu illər ərzində yalnız pedaqoji fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən bu sadə insan, ziyalı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həsən bəy Zərdabi mükafatı” laureatı, təqaüddə olan müəllim Heydər Cərulla oğlu Xəlilovdur. Onun həyatda tutduğu yol neçə-neçə nəslə elmin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yoludur.
Sadəlik böyüklüyün əlamətidirSadəlik böyüklüyün əlamətidir

Ömrün mənası, gözəlliyi və təravəti onu yaşayan insanın halallığa bağlılığı, mənəvi zənginliyi və saflığı ilə qiymətlidir. Nümunə timsallı belə ömür sahiblərinin sayını daha çox görmək həmişə xoş istəklərimizdən biri olmuşdur. Belə adamlar elmimizin, təhsilimizin, bütövlükdə mədəniyyətimizin üfüqlərində işıq saçırlar. Bütün rahatlığını təhsildə, yazıb-yaratmaqda tapan, bu illər ərzində yalnız pedaqoji fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən bu sadə insan, ziyalı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həsən bəy Zərdabi mükafatı” laureatı, təqaüddə olan müəllim Heydər Cərulla oğlu Xəlilovdur. Onun həyatda tutduğu yol neçə-neçə nəslə elmin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yoludur.
Sadəlik böyüklüyün əlamətidir
Heydər müəllimin arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, yüksək amallara sərf edilmiş həyatından xəbər verir. Heydər müəllimin atası Cərulla kişi kənddə kolxoz quruluşunun yaranmasında və onun inkişafında fəal iştirak etmişdir. Böyük Vətən müharibəsi başlayanda hamı kimi, Cərulla da cəbhəyə çağırıldı. Bir çox döyüşlərdə iştirak edərək igidliklər göstərdi. Amma… Ailənin bütün çətinlikləri, ağırlığı gənc ana Fərizə xanımın üzərinə düşdü. Ağır və dəhşətli günlərin olmasına baxmayaraq, Fərizə xanım işdən baş açan kimi tez-tez məktəbə gələr, uşaqlarının məktəbdəki vəziyyəti ilə tanış olardı. Bax, beləcə, illər bir-birinin ardınca ötüb keçdi. Ağrılı-acılı illər arxada qaldı…
Haqqında söhbət açdığımız Heydər Cərulla oğlu Xəlilov 1939-cu ildə İsmayıllı rayonunun füsunkar təbiəti ilə seçilən Sumağallı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. İbtidai təhsili öz kəndlərində, orta təhsili isə 1957-ci ildə Qalacıq kənd tam orta məktəbində almışdır. Həmin il o, Şamaxı Pedaqoji Texnikumuna sənədlərini verərək qəbul olundu. 1959-cu ildə texnikumu bitirən Heydər doğulduğu doğma kəndinə, Sumağallıya müəllim kimi qayıtdı. O dövrdə Heydər kəndin üçüncü təhsillisi, müəllim kimi birinci ziyalısı idi.
1963-cü ildə Sumağallı ibtidai məktəbi səkkizillik məktəbə çevrildi. Onda Heydər müəllim ordu sıralarında idi. 1964-cü ildə hərbi xidmətini başa vurub kəndə qayıdan Heydər müəllimlik fəaliyyətini davam etdirməyə başladı. Ali təhsil almaq üçün 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil oldu. 1971-ci ildə Universiteti bitirdi. 1972-ci ildə irəli çəkilərək Sumağallı kənd səkkizillik məktəbinə direktor təyin olundu. Bu vəzifədə 14 il çalışdı. Kənddə yeni müasir məktəb binasının tikintisinə nail oldu. Məktəbi orta ümumtəhsil məktəbə çevirdi. Kənddə böyük ziyalı ordusu yarandı. Haqq olar deyək ki, Heydər müəllim müəllimlərin müəllimidir. Onu respublikanın çox tanınmış adamları “Canlı məktəb” adlandırırlar. Odur ki, Heydər müəllim rəhbərlik etdiyi illərdə qabaqcıl metodların həyata keçirilməsində daim nəzarət edirdi, ən optimal təcrübələr həyata keçirirdi. Məktəbin qazandığı bütün uğurların əsası məhz Heydər müəllimin direktor olduğu illərdə qoyulmuşdu. Heydər müəllim ixtisasını mükəmməl bilən, başqalarına nümunə olan bir müəllim olub. Məktəbin istedadlı şagirdlərinin bir çox olimpiadalarda, yarışlarda, inşa-yazı müsabiqələrində qalib çıxması, neçə-neçə Diplom, Fəxri fərman və digər qiymətli mükafatların əldə olunmasında əməyi böyükdür. Heydər müəllimin müəllimlik ömrü həmişə axtarışlarda keçib, yenilikləri dərslərinə tətbiq edib, uğurlar qazanıb. Onun qabaqcıl iş təcrübəsi RTŞ səviyyəsində öyrənilib və yayılmışdır. Heydər müəllim pedaqoji mühazirələrdə də fəal iştirak etmiş, respublika səviyyəsində fərqləndirici yerlər tutmuşdur. Odur ki, Heydər müəllimin qabaqcıl iş təcrübəsi, müxtəlif elmi-pedaqoji tədbirlərdə etdiyi məruzə və çıxışları, həmçinin pedaqoji mətbuatda müntəzəm olaraq dərc etdiyi məqalələri nəzərə alaraq 1986-cı ildə metodist müəllim adına layiq görülüb. O, ali kateqoriyalı müəllimdir.
Heydər müəllim bədii-publisistik elmi-pedaqoji, ictimai-siyasi mövzularda dəyərli yazıları ilə “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Azərbaycan məktəbi”, Elm, təhsil və həyat”, Təhsil problemləri”, “Təhsil və zaman”, “Zəhmətkeş”, “Girdiman”, “İsmayıllı xəbərləri” və sair kimi qəzet və jurnallarda tez-tez çıxış edir. Onun xalq yaradıcılığına aid topladığı materiallar Azərbaycan Dövlət Radiosu ilə dəfələrlə “Bulaq” verilişində səsləndirilmişdir. Son illər qəzet səhifələrində müzakirəyə qoyulmuş “Azərbaycan dilində termin yaradıcılığının istiqamətləri”, “Nitq inkişafı günün tələbidir”, “Orta məktəb şagirdlərinin əxlaq və intizam tərbiyəsinin kriteriyaları” və sair kimi mövzulara Heydər müəllim də öz münasibətini bildirərək məqalələrlə mətbuatda çıxış edir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Heydər müəllim ədəbi tənqidlə də məşğuldur. İctimai həyatımızla bağlı bir çox oçerkin, bir neçə hekayənin müəllifidir. “Orta məktəbdə inşa yazıları necə aparılmalıdır” adlı metodik kitabı Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin ixtiyarına verilmişdir. Son illərdə qələmə aldığı yazılar daha çox YUNESKO xətti ilə keçirilən Beynəlxalq tədbirlərə həsr olunub. Həmin materiallar mərkəzi mətbuatda dərc olunmuş, onlardan bir neçəsi bəyənilərək YUNESKO təşkilat komitəsinə təqdim olunmuşdur. 2009-cu ildə Heydər müəllimin anadan olmasının 70 illiyi RİH-nin Sərəncamı ilə qeyd olunmuş, tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının təbriki oxumuşdur. Müəllim müxtəlif təşkilatların Fəxri fərmanları ilə təltif olunmuşdur.
Heydər müəllim həm də mehriban bir ailə başçısıdır. Dörd övlad atasıdır. Üç oğlu, bir qızı, doqquz nəvəsi var. Böyük oğlu Elçin maliyyə kredit kollecini bitirib, Qalacıq kənd tam orta məktəbində mühasib işləyir, ortancıl oğlu İlqar texnoloqdur, kiçik oğlu Rəfail bizneslə məşğuldur. Qızı Təranə xanım evdar qadındır. Nəvələrindən Dəmir Xancanlı Türkiyə Anadolu Universitetinin Turizm fakültəsində, Fərqanə Xəlilova Bakı Rabitə və Nəqliyyat Kollecində təhsil alır. Qalan yeddi nəvəsi orta məktəb şagirdləridir. Hamısı da əla və yaxşı qiymətlərlə oxuyurlar. Heydər müəllim onların qəlbində işıq, gözlərində nurdur. Onların mənəvi dayağıdır.
İllər keçir, aylar ötür, Heydər müəllimin saçlarına qar ələnir, xasiyyət və görünüşü isə dəyişmir. Xasiyyət və xüsusiyyəti yetmişinci illərdə tanıdığım Heydər kimi qalır. Üzündəki nuranilik, dodaqlarındakı təbəssüm daha da şirinləşir, illər atdıqca çiçək-çiçək arzuları yeniləşir.
Heydər müəllim yeddi ildir ki, işləmir, pedaqoji işlə məşğul olmur. Əmək veteranıdır. Amma yazıb, yaradır. Yaradıcılığını davam etdirir. Nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, insanlara diqqəti, qayğı və məhəbbəti ilə bütün insanların və onu tanıyanların dərin hörmətini qazanıb. Bir ağsaqqal kimi sevilir. Onun bütün həyatı yaşadığı kəndin və rayon ziyalılarının gözü qarşısında keçib və bu gün də belədir. Dərin bilik və böyük nüfuza malik ziyalının sadə, təvazökar, ətrafdakı insanlarla mehriban münasibəti, xoş ünsiyyəti ona daim hörmət qazandırıb. Heydər Xəlilov Vətəni üçün yaşamaqda və yaratmaqda davam edir. O, onu tanıyanlara bir zəhmətsevərlik, vətən təəssübkeşliyi, seçdiyi sənətə və tutduğu yola sadiqlik nümunəsi göstərərək yaşayır. Düz deyirlər ki, sadəlik böyüklüyün əlamətidir. Heydər müəllim sadə olduğu qədər də böyük insandır.
Ailə, yaşadığı kənd camaatı, rayon ictimaiyyəti arasında xüsusi hörməti olan Heydər müəllimin silahı söz, əməl, əqidə, məsləkdir.
75 yaşına gümrah, nikbin, yazıb-yaratmaq enerjisi ilə gəlib çıxan Heydər müəllimə bundan sonra da sərv qamətli, dağ vüqarlı olmağı arzulayıram. Neçə belə illərə çıxasınız.
Sadəlik böyüklüyün əlamətidir
Hacıməmməd Məmmədov,
Qızıl qələm mükafatı laureatı

Şərh Yaz