İki qələbə

İsmayıllı idmançıları bir gündə iki qələbə qazanıblar. 18-25 may tarixlərində Bakı şəhərində keçirilən qol güləşi üzrə Avropa çempionatında Şahlarlı Toğrul Tofiq oğlu layiqincə çıxış edərək birinci olub.
İki qələbəİki qələbə

Digər bir idmançımız 20-25 may tarixlərində İstanbulda keçirilən çoxmübarizəli idman döyüş növləri üzrə Avropa çempionatında ölkəmizə, eləcə də rayonumuza baş ucalığı gətirib. Bu gənc Əliyev Tuncay Mübariz oğludur. İdmançılarımızı parlaq qələbə münasibətilə təbrik edir, onlara yeni uğurlar arzulayırıq.
Qələbə sevincini yaşayanlardan ən fərəhlisi Toğrul Şahlarlının məşqçi-müəllimi həmyerlimiz Vüsal Qəzənfərovdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz