Yaxşı ana, vəfalı ömür-gün yoldaşı

Aprel ayının 28-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın 91-ci doğum ili münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxışında bildirib:
– Zərifə xanımın fədakarlığı, tükənməz ana məhəbbəti ailədə ikinci Prezident-cənab İlham Əliyevi yetişdirib. Zərifə xanım övladlarını vətənpərvər ruhda, dövlətçiliyə sədaqətlə xidmət istiqamətində, milli-mənəvi dəyərlər əsasında tərbiyə edib. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, – O, yaxşı ana və vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq idi.

Yaxşı ana, vəfalı ömür-gün yoldaşıYaxşı ana, vəfalı ömür-gün yoldaşı

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov Z.Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən danışıb. O, bildirib ki, görkəmli oftalmoloq alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar edib. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərəli təklifin müəllifidir.
Yaxşı ana, vəfalı ömür-gün yoldaşı
Yaxşı ana, vəfalı ömür-gün yoldaşı
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən danışıb.
Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllimi Ceyran Ağayeva, RİH başçısının İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina Zərifə Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlarda qaldığını deyiblər.
Zərifə Əliyevanın həyat yolundan bəhs edən film nümayiş etdirilib. Mərkəzin foyesində ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Çinarə Bəhərçinli

Şərh Yaz