İllərin sınağından çıxmış Qızıl Aypara Cəmiyyəti

May ayının 5-də İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi və Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Gününə həsr edilən tədbir keçirilib.
Tədbirdən öncə Qızıl Aypara Cəmiyyətinin (QAC) könüllüləri yürüş keçirib. Yürüşə Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılacaq abidənin yerində qoyulan xatirə lövhəsinin qarşısından başlanıb. Yürüş iştirakçıları ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

İllərin sınağından çıxmış Qızıl Aypara Cəmiyyətiİllərin sınağından çıxmış Qızıl Aypara Cəmiyyəti

May ayının 5-də İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi və Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Gününə həsr edilən tədbir keçirilib.
İllərin sınağından çıxmış Qızıl Aypara Cəmiyyəti
Tədbirdən öncə Qızıl Aypara Cəmiyyətinin (QAC) könüllüləri yürüş keçirib. Yürüşə Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılacaq abidənin yerində qoyulan xatirə lövhəsinin qarşısından başlanıb. Yürüş iştirakçıları ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Parkında uşaqların əl işlərinə tamaşa ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. QAC-ın prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov Qızıl Aypara Cəmiyyətinin inkişafından, cəmiyyətin fəxri üzvü olan prezident İlham Əliyevin təşkilata göstərdiyi diqqət və qayğıdan danışıb. QAC-ın prezidenti çıxışının sonunda cəmiyyətin bütün üzvlərini və könüllülərini Qızıl Xaç və Qızıl Aypara Günü münasibəti ilə təbrik edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək cəmiyyətin fəaliyyətinə uğurlar arzulayıb.
İllərin sınağından çıxmış Qızıl Aypara Cəmiyyəti
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin koordinatoru Elşən Səlimzadə layihə haqqında ətraflı məlumat verib. İsmayıllı rayonunun Diyallı və Təzəkənd kəndlərində görülən işlərdən, əldə edilən nailiyyətlərdən, eyni zamanda 2014-cü il ərzində İsmayıllı şəhəri, Tircan və Kürdmaşı kəndlərində görülməsi nəzərdə tutulan işlərdən danışıb.
Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov QAC-ın İsmayıllı rayonunda yaşayan 95 yaşlı veteranı Şirmayı Mirzəliyevaya Fəxri fərman və qiymətli hədiyyə verib. Bir qrup fəal könüllüyə təşəkkürnamələr təqdim olunub.
Şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirici səhnəciklər nümayiş etdiriblər. Tədbirin bədii hissəsi İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzinin “Fidan” instrumental xalq çalğı alətləri ansamblının ifasında rəngarəng musiqi nömrələri ilə davam etdirilib. Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himni səsləndirilib. Tədbirin hazırlanmasında əməyi olan konüllülərin hər birinə qiymətli xatirə hədiyyələri verilib.
Çinarə Bəhərçinli

Şərh Yaz