Alovlu illərin canlı şahidi

O illərdən – ikinci dünya müharibəsinin qanlı-qadalı illərindən söz düşəndə Müsənnif babanın gözləri yaşarır, barıt qoxulu dəhşətli günlər kino lenti kimi, gözünün qabağından keçir.
… Müharibə başlayanda, Əhmədov Müsənnif Ruhulla oğlu hərbi xidmətdə idi. Birbaşa döyüş bölgəsinə gətirilən hərbi hissənin tərkibində bir sıra döyüşlərdə iştirak etdi. Xüsusilə Moskva altında gedən ölüm-dirim savaşında əsl şücaət göstərdi. Buna görə də “İgidliyə görə” medalı ilə təltif olundu. Üç dəfə ağır yaralansa da, sağalan kimi əfsanəvi Kursk döyüşündə, Pribaltika respublikalarının azad edilməsində bölmə komandiri kimi iştirak etmiş, 1945-ci ilin noyabr ayında doğma Ağbulaq kəndinə qayıtmış və əmək fəaliyyətinə başlamışdır.

Alovlu illərin canlı şahidiAlovlu illərin canlı şahidi

Həmin illərdən 69 il ötsə də, 9 may gününü Müsənnif baba, özünün dediyi kimi, doğum günü kimi qeyd edir, faşizm üzərində insanlığın qələbəsində payı olduğu üçün qürur hissi keçirir. Övladları, qohum-əqrəba, kəndin gəncləri, məktəblilər həmin gün odlu-alovlu illərin Ağbulaqda olan yeganə və sonuncu canlı şahidini təbrik etməyi özlərinə borc bilirlər.
Müsənnif baba ömrünün 95-ci baharını yaşasa da, gənclərin məsləhətçisi, kəndin ağsaqqalı kimi müstəqil dövlətimizdən, onun başçısı İlham Əliyevin veteranlara qayğısından ürək dolusu danışır, minnətdarlığını bildirir.
Bu günlərdə veteranın evi yenə qonaq-qaralıdır. Kəndin icra nümayəndəliyi, mədəni-maarif müəssisələrinin işçiləri, məktəb kollektivi bayram münasibətilə Müsənnif babanı təbrik etdi və öz xoş arzularını bildirdilər. O da öz növbəsində döyüş xatirələrindən söz açdı, bu gözəl günlərin qədrini bilməyi tövsiyə etdi. Görüşün sonunda ən böyük arzusunu kövrələrək belə ifadə etdi:
– O gün olsun ki, Azərbaycan xalqı öz Qələbə gününü təntənə ilə bayram etsin!
Əflatun Baxışov,
Ağbulaq məktəbinin müəllimi

Şərh Yaz