Veteranlar unudulmur

Böyük Vətən müharibəsindən, alman faşizmi üzərində qələbədən 69 il keçir. Müharibə iştirakçılarına İsmayıllı rayonunda həmişə böyük qayğı və diqqət göstərilir. Rayon İcra Hakimiyyəti əlaqədar təşkilatlar ilə birlikdə Böyük Vətən müharibəsi veteranlarının problemlərinin həllinə, onların müalicəsinin təşkilinə həmişə yaxından köməklik göstərir.
Zaman öz işini görür. 1941-1945-ci illərin odundan, alovundan yaralarla, ağrı-acılarla keçib gəlmiş, keçdiyi həyat yolu nəsillərə nümunə olan ağsaqqallarımızın sırası get-gedə azalır.

Veteranlar unudulmurVeteranlar unudulmur

Hazırda rayonda 29 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Qələbənin 69-cu ildönümü münasibətilə RİH-nin nümayəndələri, ziyalılar, məktəblilər veteranlarla evlərində görüşmüş, onları təbrik etmiş, RİH-nin başçısı cənab Mirdaməd Sadıqovun təbrik məktubunu, bayram hədiyyəsini onlara çatdırmışlar.
Sağlamlıq durumu daha yüksək olan veteranlarla şəhər mərkəzində, çay süfrəsi arxasında səmimi söhbət aparılmış, onların mübarizə yolu bir daha xatırlanmışdır.
Göstərilən diqqət və qayğıdan razı qalan, müstəqil respublikamızın Milli Qələbə gününü görmək arzusunda olan veteranlarla xatirə şəkilləri çəkilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz