Bir ömür kitabını vərəqləyərkən

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada.
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Ağac barı, güllər, çiçəklər ətri ilə sevildiyi kimi, insan da İlahi tərəfindən ona bəxş edilmiş ömür yolundakı əməlləri ilə seçilib-sayılır. Taleyini hər hansı bir peşəyə bağlayıb bu peşənin sirlərinə dərindən yiyələnərək vətənimizə, xalqımıza xidmət edənlər, bəzən ölümün gözünə dik baxmağı bacaranlar özlərinə məxsus bir tarix yaradırlar. Belə insanlardan biri də 25 apreldə yenidən anım gününə yığışdığımız, adını daşıdığı şəhər 2 nömrəli tam orta məktəbinin kollektivi tərəfindən həmişə sevilən, hər gün heykəlinin önünə tər çiçəklər düzülən Ağahüseyn Aslanovdur. Hamı kimi doğulsa da, o, hamı kimi yaşamadı. Bir çoxları kimi, onun da payına şəhidlik düşdü və bu, onun ömür kitabının son səhifəsi oldu…

Bir ömür kitabını vərəqləyərkənBir ömür kitabını vərəqləyərkən

XX əsrin sonu bizlərə gözləmədiyimiz halda müharibə, acı kədər, göz yaşları gətirdi. Torpaqlarımız işğal olundu . Minlərlə oğul və qızlarımızı şəhid verdik. Milyondan çox soydaşımız öz ata-baba torpaqlarından didərgin düşdü. Dağıntılara məruz qaldıq , lakin sınmadıq, əyilmədik. Yenə özümüzdə inam hissi aşılayaraq gələcəyə baxdıq. Şəhid övladlarımızı yaddan çıxarmadıq, onları dönə-dönə xatırladıq və həmişə xatırlayacağıq.
Azərbaycanın minlərlə övladı döyüş bölgələrinə yollandı. A.Aslanov da onlardan biri idi. Mənfur qonşularımızın fitnəkarlığı, hiyləsi ilə məcburən cəlb edildiyimiz müharibə bizə çoxlu itkilər verdi. 1994-cü il aprel ayının 25-də Ağdam bölgəsində düşmənə qarşı döyüşlərdə qəhrəmancasına həlak olan polis polkovnik-leytenantı A.Aslanov da belələrindən idi. Lakin əcəl aman vermədi . Onun ömür kitabına 44 illik ömür səhifələri düşdü. Bu gün isə onun ölümündən bizi 20 illik bir zaman ayırır. Bu münasibətlə təşkil etdiyimiz tədbirdə rayonun bir çox təşkilatlarından nümayəndələr, şəhidin ailə üzvləri, doğmaları, yaxınları iştirak edirdilər. Yenə xatirələr dilə gəldi. Onun ömür kitabının səhifələri vərəqləndi.
Şagirdlərin ifasında vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirildi. Məktəbin xor kollektivi hərbi marşlar ifa etdi.
Tədbirin sonunda onun xatirəsinə həsr edilmiş şeir, mahnı, rəsm, inşa, idman yarışlarında fərqlənənlər hədiyyə və diplomlarla mükafatlandırıldılar.
Məktəbin şəhid övladları Dilqəm Şirinovun, Mayıl Hacıyevin xatirəsi də yad edildi.
Ey insanlar!
Dönə-dönə şəhidləri xatırlayın,
igidləri xatırlayın.
Öz qanıyla qalibiyyət dastanını
yazanları xatırlayın.
Bu torpağı ana kimi
qucanları xatırlayın.
Ölümüylə əbədiyyət qapısını
açanları xatırlayın.
Xatırlayın,
xatırlayın,
yenə, yenə xatırlayın!
Dostlarının arasında yeri görünən şəhid övladlarımızın əziz xatirələri, torpaqlarımızı işğaldan qurtarmağa çağıran səsləri çağırış kimi həmişə qulaqlarımızda, qəlbimizdədir.
Yaraları zaman-zaman qaysaqlanmayan, dərdi, azadlığı üçün övladlarından imdad, hünər gözləyən Azərbaycan torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyirik.
Gilas Musayeva
şəhər 2 nömrəli tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

Şərh Yaz