Kitab oxumaq hər zaman vacibdir

Hazırda bütün dünyanı bürüyən internet hamımızın diqqət mərkəzindədir. Bu möcüzənin həyatımızda oynadığı rolu inkar etmək mümkün deyil. Onun vasitəsilə hər cür məlumatlar əldə edir, dünyanın müxtəlif ölkələri ilə əlaqə saxlayır, dərslər təşkil edir, fikir mübadilələri aparır və sair cəhətdən faydalana bilirik. Adamların dünyagörüşünün formalaşmasına yardımçı olur. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək göstərir.
Kitab oxumaq hər zaman vacibdirKitab oxumaq hər zaman vacibdir
Hazırda bütün dünyanı bürüyən internet hamımızın diqqət mərkəzindədir. Bu möcüzənin həyatımızda oynadığı rolu inkar etmək mümkün deyil. Onun vasitəsilə hər cür məlumatlar əldə edir, dünyanın müxtəlif ölkələri ilə əlaqə saxlayır, dərslər təşkil edir, fikir mübadilələri aparır və sair cəhətdən faydalana bilirik. Adamların dünyagörüşünün formalaşmasına yardımçı olur. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək göstərir.
Şəhər 2 nömrəli tam orta məktəbində tədris prosesində İKT-dən geniş istifadə edilir. Şagirdlərimiz informatika dərslərində hər gün, qalan fənlərdə də vaxtaşırı kompyuter otaqlarında məşğul olurlar. İnformatika müəllimi Ayşən Mirzəliyeva kompyuterin sirlərini şagirdlərə başa salır, onlara müasir biliklər aşılayır.
Müəllimlərimiz dərslərdə notbuk vasitəsilə çox şeylərə nail olurlar. Şagirdlər ev tapşırıqlarını hazırlayır, təqdimatları gözəl təhlil edə bilirlər.
Kitab oxumaq hər zaman vacibdir
Bütün bunlar çox gözəl və müasirdir. Ancaq son illər istər ziyalıların, istərsə də şagirdlərin kitaba olan marağının azalması bizi narahat edir. Texniki vasitələrin artmasına baxmayaraq, mənə belə gəlir ki, kitabların şagirdlərin bilik səviyyəsinin artırılmasında rolu danılmazdır. Şagirdlərin bu sahəyə maraqlarının artırılması sahəsində iş biz müəllimlərin üzərinə düşür. Biz onlarda bu marağı oyatmalıyıq. Məktəbimizin müəllimləri çalışırlar ki, həm dərslərdə, həm də asudə vaxtlarında bədii ədəbiyyatı mütaliə etsinlər. Bu da onların dünya görüşlərinin formalaşmasına kömək edir. Bədii ədəbiyyat şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Belə əsərlərin mütaliəsindən sonra şagird özünü həmin qəhrəmanlara oxşatmağa, onu təqlid etməyə çalışır.
Məşhurlar, aqillər kitabların əhəmiyyəti haqqında müdrik kəlamlar qoyub getmişlər. Əbəs yerə deyilməyib ki, “Kitab bilik mənbəyidir”. Kitab keçmişdən bu günümüzə körpüdür. Məktəbimizdə kitabxana işi yaxşı təşkil edilmişdir. Kitabxanaçı Fidan Ömərova şagirdlərin kitabxanaya cəlb edilməsi məqsədilə maraqlı tədbirlər həyata keçirir. Bu işdə ona məktəbin müəllimləri də yaxından köməklik göstərirlər. Beləliklə, şagirdlərin kitabxana ilə əlaqələri daha da möhkəmlənmiş olur. Müəllimlərimizdən Eminə Orucova, Gülxar Məmmədova, Fidan Orucova, Xatirə Orucova, Gilas Musayeva, Rəhilə Salahova və bu sətirlərin müəllifi kitabxana ilə sıx işləyirlər. Onlar kitabxanaçı ilə birlikdə “Kitab bilik mənbəyidir” mövzusunda tez-tez müzakirələr, disputlar keçirirlər.
Şagirdlərimiz məktəbimizin kitabxanasından səmərəli istifadə etməyə çalışırlar. Kitabxanamızda fəal oxucular sərgisi təşkil edilmişdir. Bu oxucular da kitabxanaçının ən yaxın köməkçiləri sayılırlar. Onlar özləri oxucu olmaqla kifayətlənmirlər, həm də kitab müzakirələrinin təşkilində kitabxanaçı ilə birgə fəaliyyət göstərir və əsl kitab təbliğatçılarıdırlar. Belə oxuculardan Tükəzban Şakirovanı, Turac Mirzəzadəni, Səmər Cəbrayıllını, Behbud Məmmədovu, Məhəmməd Bünyatovu, Ramil Cəbrayıllını, Sevinc Comərdovanı, Yeganə Möhübovanı, Pərvin Əşrəflini, Ləman Mikayılovanı, Fərid İsazadəni, Ləman Məmmədovanı, Elcan Yəhyayevi, Atamoğlan Osmanlını və başqalarının adlarını misal çəkə bilərik.
Əsrimiz kompyuter əsri olsa da, kitab bizim həyatımızın ayrılmaz hissəsi olaraq qalır və qalacaqdır. Bunları müqayisə etməyək, qoy hər ikisi olsun. Ancaq kitabın yerini verən digər çap məhsulu tanımıram. Dahi şairimiz Nizami Gəncəvi demişdir:
Dünyada nə qədər kitab var belə,
Çalışıb-vuruşub gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Məhəbbət Osmanova,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz