İlkin qalib oldu

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin layihəsi olan, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də dəstəyi ilə Azərbaycan Televiziyasında artıq beşinci mövsümünə start verən “Mən azərbaycanlıyam!” intellektual milli bilik yarışmasının 07 may 2014-cü il tarixdə olan çəkilişi bütünlüklə Azərbaycanın mirvarisi adlandırılan doğma rayonumuza, İsmayıllıya həsr edilmişdir.
Rayonumuzu biliyinə, intellektinə güvənən 10 nəfərlik heyət təmsil etmişdir. Gərgin keçən bilik yarışında finala 3 nəfər gənc həmyerlimiz – Ramtik, Əlibala və İlkin adlarını yazdırsalar da, onlardan yalnız biri, İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Hüseynov İlkin Əjdər oğlu final sualına tez və düzgün cavab verərək qalib oldu.

İlkin qalib olduİlkin qalib oldu

İ.Hüseynov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hədiyyəsi – notbukla mükafatlandırıldı.
Yarışda iştirak edən İsmayıllı gəncləri çəkilişdən dərhal sonra Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə tər qərənfillər qoymuşlar. Veriliş 25 may 2014-cü il tarixdə, saat 19:00-da efirə gedəcəkdir.
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin şagirdləri İlkinlə fəxr edirlər.
Şəhla Ramazanqızı,
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı

Şərh Yaz