Atletika üzrə rayon birinciliyində

Mayın 7-də İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin idman bazasında məktəb komandaları arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilmişdir.
8 məktəb komandasının qatıldığı birincilik şəxsi və komanda üzrə mübarizədə müəyyən edildi. Şəxsi birincilikdə oğlanlar arasında 100 metr məsafəyə qaçış üzrə I yeri şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Ağadadaş Əmirli, 200 metr məsafəyə I yeri Talıstan kənd tam orta məktəbinin şagirdi Qamət Şəfalı, 800 metr məsafəyə qaçış üzrə isə I yeri Ruşan kənd tam orta məktəbinin şagirdi Balakişi Muradov qazanıb.

Qızlar arasında 100 metr məsafəyə qaçış üzrə birinciliyə Mollaisaqlı kənd tam orta məktəbinin şagirdi Ayşə Muradova, 200 metr məsafə üzrə birinciliyə şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Nərmin Bədəlova, 800 metr məsafə üzrə birinciliyə isə Talıstan kənd tam orta məktəbinin şagirdi Günay Xəlilli sahib olub.
Komandalar üzrə I yeri Talıstan, II yeri şəhər 3 nömrəli, III yerə isə şəhər 5 nömrəli tam orta məktəbinin komandası tutub.
Məsafələr üzrə birinci yeri tutan şagirdləri, eləcə də qalib məktəblərə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin Diplomları, qiymətli hədiyyələri təqdim olunub.
Şəhla Ramazanqızı,
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı

Şərh Yaz