Atüstü oyunlar festivalında

Mayın 3-dən 7-dək Mədəniyyət və Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edib. Bakı şəhəri festivalda “Sərhədçi” və “Polad” komandaları ilə təmsil olunub.

Atüstü oyunlar festivalındaAtüstü oyunlar festivalında

Təntənəli açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək festivalın əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə 2006-cı ildə yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı, eləcə də hər ilin dekabrında “Prezident Kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışlar təşkil edilir. Bu tədbirlər xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, builki milli atüstü oyunlar festivalı çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə keçirilib.
Papaq oyunu üzrə birinciliyi İsmayıllı komandası, sürpapaq oyunu üzrə isə Ağstafa komandası qazanıb. Yaylıq oyunun qalibi Xaçmaz komandası olub.
Samir Zülfiyev

Şərh Yaz