Mütləq nəticə

Aprel ayının sonlarında Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında 72 nəfər idmançı mübarizə aparmışdır (bütün şəhər və rayonların qalibləri).Mütləq nəticə

Aprel ayının sonlarında Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında 72 nəfər idmançı mübarizə aparmışdır (bütün şəhər və rayonların qalibləri).
Olimpiya sistemi ilə keçirilmiş bu yarışda rayonumuzu şəhər 7 nömrəli tam orta məktəbinin müəllimi Cahangir Niftəliyev təmsil etmişdir. Şahmatçımız yeddi turda 7 xal toplayaraq turnirin qalibi adını qazanmışdır. Qaliblərə diplom və pul mükafatları təqdim edilmişdir. Həmyerlimizi bu qələbə münasibətilə təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz