Qarabağı tanıyıram

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Qarabağ Mərkəzinin təşkilati dəstəyi ilə gənclər arasında “Qarabağı tanıyıram” adlı araşdırma müsabiqəsi keçirilmişdir. Qarabağ haqqında ən yaxşı araşdırma aparan, onun tarixi, ərazisi, mədəniyyəti haqqında ətraflı məlumat hazırlayan gənclər bu müsabiqədə qalib olmaq uğrunda mübarizə aparamışlar.
Araşdırmalara tarixçi ekspertlər tərəfindən baxış keçirilərək I yer tutan araşdırmadan ibarət “Qarabağı tanıyıram” adlı kitabça hazırlanmışdır. Ən yaxşı, ətraflı araşdırma təqdim edən gəncin məqaləsi ingilis və rus dillərinə tərcümə olunaraq elmi jurnallarda çap olunacaq.

Aprel ayının 25-də BDU-də bu müsabiqəyə aid tədbir keçirildi. Bu tədbirdə araşdırmalara baxış keçirmiş tarixçi ekspertlər, layihə rəhbəri Zaur Abdullayev, müsabiqədə iştirak edən gənclər və BDU tarix fakültəsinin yuxarı kurs tələbələri iştirak edirdi. Tədbirdə müsabiqənin qalibi elan olunan Pərvin Mahmudovaya I-pad və qalib diplomu, fərqlənən digər araşdırma müəlliflərinə isə diplomlar təqdim edildi. Araşdırma müəllifi Pərvin Mahmudova olan “Qarabağı tanıyaram” adı kitabçalar tədbirdə iştirak edən iştirakçılara və tələbələrə paylandı.
Əsli Süleymanzadə

Şərh Yaz