Rayonun əsas demoqrafik göstəriciləri

Əhalinin demoqrafik inkişafı onların maddi-rifah halının yüksək olmasından çox asılıdır. Bəzənsə, heç də belə olmur. Yüksək yaşayış tərzi olan ölkələrdə bəzən bu göstərici ya çox az olur, ya da heç olmur. Biz bu barədə geniş söhbət açmaq fikrində deyilik. Rayonumuza aid bəzi faktları nəzərə çatdırmaq istərdik.
Rayonun əsas demoqrafik göstəriciləri

Əhalinin demoqrafik inkişafı onların maddi-rifah halının yüksək olmasından çox asılıdır. Bəzənsə, heç də belə olmur. Yüksək yaşayış tərzi olan ölkələrdə bəzən bu göstərici ya çox az olur, ya da heç olmur. Biz bu barədə geniş söhbət açmaq fikrində deyilik. Rayonumuza aid bəzi faktları nəzərə çatdırmaq istərdik.
2014-cü ilin əvvəlində rayon əhalisinin sayı 83.1 min nəfər olmuşdur. Bu da 0.7 min nəfər artım deməkdir. Əhalinin 26.9 min nəfəri şəhər və şəhər tipli qəsəbələrdə, 56.2 min nəfəri isə kənd sakinləridir. Rayon əhalisinin 41.7 min nəfəri kişilər, 41.4 min nəfəri isə kişilərdir. Rayonumuzun hər kvadrat kilometrinə 40 nəfər adam düşür.
Əhalinin yaş strukturu aşağıdakı kimidir. Əhalinin ümumi sayından 0-14 yaşda olan uşaq və yeniyetmələrin xüsusi çəkisi 19.1 min nəfər, 15-64 yaşda olanlar 58.4 min nəfər, 65 yaşdan yuxarı olanlar isə 5.6 min nəfərdir. Əhalinin orta yaşı 32.5 il təşkil edir. Son beş ildə rayonda orta hesabla 1527 nəfər körpə dünyaya gəlib, bu da hər günə təxminən 4 kiçik sakin deməkdir.
Rayonda əhalinin təbii artımı, təbii hərəkəti məhz doğum hesabına baş verir. Keçən il rayonda 1488 körpə dünyaya gəlmişdir. Doğulanların 54 faizini oğlanlar, qalanını isə qızlar təşkil edir. Doğum səviyyəsi ümumi əhalinin hər min nəfərinə 18 nəfər düşür. Bu göstərici şəhər əhalisi üzrə 18.4 nəfər, kənd əhalisi üzrə 17.8 nəfər olmuşdur. Həmin göstərici şəhər əhalisi üzrə 0.9 nəfər az, kənd əhalisi üzrə 1.6 nəfər çoxdur. Doğum rəqəmlərini respublika göstəriciləri ilə müqayisə edək. Əhalinin hər min nəfərinə hesabı ilə ümumi əhali üzrə 0.6 nəfər az, şəhər əhalisi üzrə 1.0 nəfər çox, kənd əhalisi üzrə isə 2.1 nəfər azdır.
Statistik müayinənin nəticələrinə görə diri doğulanlar 146 nəfəri qeydə alınmamış nikahdan doğulanlardır. Rayonda orta hesabla bir qadına bütün ömrü boyu 2.2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Demoqrafiyaya təsir göstərən amillərdən biri də nikahlardır. 2013-cü ildə rayonda 797 nikah bağlanmışdır və 93 nikah isə pozulmuşdur. Yəni əhalinin hər min nəfər hesabı ilə 2012-ci ildəki 8.9 nikah 1.0 boşanma əvəzinə 9.6 nikah və 1.1 boşanma düşür. Göründüyü kimi, son il ərzində nikahın səviyyəsi əvvəlki ilə nisbətən artmışdır.
Rayonda ölümün səviyyəsi uzun illər ərzində nisbətən aşağı və sabit olması ilə səciyyələnmişdir. Hesabat ilində ölənlərin sayı 599 nəfər olmuşdur. 164 nəfəri şəhərin, 437 nəfəri isə kəndlərin payına düşür. Əhalinin hər min nəfərinə düşən ölənlərin sayı 2012-ci ildəki 7 nəfər əvəzinə keçən ildə 72-ə qalxmışdır. Ümumilikdə, rayonda şəhər və kəndlər üzrə ölən kişilər 342 nəfər, qadınlarsa 257 nəfər olmuşdur. Ölümün əsas səbəbləri – ürək-damar, tənəffüs və həzm orqanları xəstəlikləri və sairdir. Ömrün uzunluğu keçən il rayonda 73.8 il təşkil etmişdir. Bu rəqəm kişilər üçün 71.2 yaş, qadınlar üçün isə 76.5 yaş olmuşdur.
Ümumi ölümün səviyyəsinin formalaşmasında körpə ölümü də az rol oynamır. 2013-cü ildə rayon üzrə 11 nəfər bir yaşa qədər uşaq ölümü qeydə alınmışdır. 2012 və 2013-cü ildə doğulanların min nəfərinə hesabı ilə bir yaşa qədər uşaq ölümü sabit olaraq 7.6 vahid təşkil etmişdir. Körpə ölümünün əsas səbəbləri tənəffüs orqanları xəstəlikləri, perinetal dövrdə əmələ gələn xəstəliklər və eləcə də yoluxucu xəstəliklərdir.
2013-cü ildə Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən İsmayıllı rayonuna 89 nəfər (13 kişi, 76 qadın) gələn, 243 nəfər (61 kişi, 182 qadın) gedən qeydə alınmışdır.
1988-ci ildən bəri Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü rayonun demoqrafik vəziyyətinə də təsir etmişdir. Nəticədə, rayona yarıdan çoxu qocalardan, qadın və uşaqlardan ibarət olan 725 ailə (2998 nəfər) qaçqın və 864 ailə (3470 nəfər) məcburi köçkün gəlmişdir. Son illər respublikamızda baş verən sosial-iqtisadi inkişaf nəticəsində bir sıra dövlət proqramları həyata keçirilir. Bu da öz növbəsində qaçqın və köçkünlərin problemlərinin bütün ölkədə, həmçinin rayonumuzda həllinə yol açır və demoqrafik inkişafa şərait yaradır.
Əziz Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz