Yaddas kitabcasi

Prezident yüksək dəyər verib

3-5 aprel 2014-cü il tarixdə Bakı şəhərində Expo Mərkəzdə keçirilən XII AİTF Beynəlxalq turizm və Səyahətlər sərgisində İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin nümayəndələri – Lahıc sənətkarı, misgər Nəzər Əliyev, “Green House” və “Evim otel” istirahət mərkəzlərinin təmsilçiləri rayonu sərgiyə gələnlərə layiqincə təqdim edə biliblər. Sərgi İsmayıllıda turizmin, mədəniyyət və sənətkarlığın uğurlu inkişafını əks etdirə bilib.
Sərgidə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xanımı Mehriban Əliyeva ilə İsmayıllı stendi önündə dayanıb. Prezident İsmayıllıdan gətirilən eksponatlara baxdıqdan sonra rayondakı inkişaf, aparılan quruculuq, abadlıq işləri haqqında fikirlərini bildirib, Lahıc yolunda asfaltlanmanın vəziyyəti ilə maraqlanıb.

Prezident yüksək dəyər veribPrezident yüksək dəyər verib

Azərbaycanın mirvarisi adını almış İsmayıllı stendində sərgilənən Lahıc sənətkarlarının əl işlərini diqqətlə izləyən Prezident, eləcə də Mehriban xanım sənətkarlarımızın ustalığına yüksək dəyər verib və onlara uğurlar arzulayıblar.
Prezident İsmayıllının tezliklə Azərbaycanın inkişaf etmiş rayonlarından birinə çevriləcəyini söyləyib.
Sərginin yekunlaşdığı gündə rayonumuzun layiqli iştirakı xüsusi sertifikat verilməklə dəyərləndirilib.
Tərlan Mursalov

Şərh Yaz