Ümummilli lider – Heydər Əliyev

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri, əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər arasında Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət, milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə bərabər siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir haldır.
Ulu öndər bu iki keyfiyyətlə bərabər, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Ümummilli lider - Heydər ƏliyevÜmummilli lider – Heydər Əliyev

Ümummilli lider - Heydər Əliyev
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onu qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı olmamışdır. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan böyük şəxsiyyət oldu.
Heydər Əliyev dünyanın nadir, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev təkcə Azərbaycan səviyyəsində deyil, keçmiş İttifaq səviyyəsində, hətta Qərb miqyasında sözü keçən, nüfuzlu bir lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlil aparmağı bacarırdı. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevlə müqayisə oluna biləcək siyasətçi çox azdır. O, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı, yüksək analitik təfəkkürə, yenilməz idarəetmə bacarığına malik idi. Sanki, Heydər Əliyev siyasət üçün doğulmuşdur. Qüdrətli dövlət xadimi siyasət aləminin memarı, müəllimi idi.
Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır, işıqlı yollarla uğurla irəliləyir.
Bu siyasətin icraçısı Ulu öndərimizin layiqli siyasət aparan varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyevin siyasəti yaşayır və uğurla davam edir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir, yaşayır və yaşayacaqdır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətləndirilmişdir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi, ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmış bir yolla irəliləyir.
Heydər Əliyev zamanı qabaqlayan dahilərdən idi. O, qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafelərini Azərbaycanla birləşdirdi. Dövləti qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırmağı bacaran Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratdı. Lakin birdən…
12 dekabr 2003-cü il… Bu acı xəbərə heç kim inanmaq istəmədi…
Öz xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü, bəlağətli nitqi, yaraşıqlı boy-buxunlu, tarixi yaratmaq bacarığı olan Heydər Əliyevi millətimiz son mənzilə yola saldı. O, bu gün Vətənini sevən hər bir azərbaycanlının ürəyində yaşayır.
İllər keçir. Uğurlarla yola saldığımız illərdə Heydər Əliyev ehtiramla anılır. Tövsiyələri həyata keçirilir. O, Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq. Gələcək nəsillərimiz Ulu öndəri sevə-sevə yada salacaq və xatırlayacaq.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz