Yaddas kitabcasi

Silsilə tədbirlər

YAP İsmayıllı rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə keçirdiyi silsilə tədbirlərdə rayonun əksər müəssisə və təşkilatlarının işçilərini, məktəblərin müəllim və şagirdlərini Ümummilli lideri ehtiramla yad etməyə, bizə əmanət etdiyi müstəqil Azərbaycanı qəlbən sevməyə və onun inkişaf etdirilməsi üçün çalışmağa səsləyir.
Təşkilat tərəfindən rayonun Kürdmaşı, Qubaxəlilli, Qalınçaq, Qaraqaya və Təzəkənd kəndlərində keçirilən tədbirlərdə Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumatlar diqqətə çatdırılıb.

Silsilə tədbirlərSilsilə tədbirlər

“Ulu öndər qaçqın və köçkün əhalinin istinadgahı idi”, “Azərbaycanda hərbi vətənpərvərlik ənənələrinin formalaşdırılmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyevin ordu quruculuğu siyasətinin uğurla həyata keçirilməsində gənclərin rolu”, “Heydər Əliyevin şah əsəri olan Azərbaycan sivil bəşəriyyət üçün tolerantlıq nümunəsidir”, “Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri”, “Vətənpərvərlik Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməl daşıdır” mövzularında etdikləri məruzələr tədbirlərdə iştirak edənlərin Ümummilli lider haqqındakı bilgilərini artırıb.
Tədbirlərin əksərində təşkilatın sədri Əzizə Vahabova dinləyicilərə, xüsusilə də gənclərə və məktəblilərə Heydər Əliyev irsinin öyrənməyi, ideyalarına sədaqətli olmağı tövsiyə edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz