Hesabat dinlənilib

YAP İsmayıllı rayon təşkilatında İsmayıllı bələdiyyəsinin hesabatı dinlənilib.
Hesabat öncəsi YAP rayon təşkilatının sədri Əzizə Vahabova bələdiyyənin ictimai-siyasi həyatımızda rolundan və strukturun üzərinə düşən vəzifələrindən söz açıb.
İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov son bir ildə görülən işlərdən, işdə olan çətinlik və problemlərdən danışıb.
Bələdiyyə sədrinin etdiyi məruzəyə münasibət bildirən RİH-nin başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Məhərrəm Əhmədov görülən işləri qənaətbəxş hesab edib. O, görülmüş işlərdən görüləcək işlərin daha çox olduğunu diqqətə çatdırıb.

Hesabat dinlənilibHesabat dinlənilib

İcra olunan işlərdə YAP-ın rolu olduğu da vurğulanıb.
Hesabat dinlənilib
Statistika İdarəsinin rəisi Əziz Əzizov İsmayıllı bələdiyyəsinin fəaliyyətində olan irəliləyişləri gələcək seçki üçün bəyənilən platforma olduğu kimi diqqətə çatdırıb.
Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov İsmayıllı bələdiyyəsinin rayon gənclərinə, eləcə də idmançılara göstərdiyi diqqətdən danışıb.
Bələdiyyənin sədr müavini Qüdrət Kazımov bələdiyyə işində İKT-nin əhəmiyyətli rolundan danışdı. Aparılan işlərin getdikcə inkişaf etdirəcəyini açıqlayıb.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov görülən işlərdən razılıqla danışdı. Bələdiyyədə elektron informasiya mərkəzinin yaradılmasını günün tələbi kimi dəyərləndirdi.
İsmayıllı bələdiyyəsinin üzvləri – Sosial Məsələlər daimi komissiyasının sədri Şahməmməd Soltanov, İqtisadi İnkişaf Məsələləri komissiyasının sədri Rəna Rəhimova qarşıdakı seçkilərdə bələdiyyəyə işgüzar, ictimai işlərdə fəallıq nümayiş etdirən şəhər sakinlərinin seçilməsinin vacibliyindən danışıblar.
Aparılan müzakirələrdən səslənən irad və təkliflərin nəzərə alınacağı qeyd olundu və qərar qəbul olunub.
Tədbirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü çərçivəsində geniş söhbətə yer verilib . YAP rayon təşkilatının sədri Ə.Vahabova bu münasibətlə görülmüş işlərdən söz açıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz