Ölümüylə əbədiyyət qapısını açanlar

“Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır”.
Heydər Əliyev
16 aprel 2014-cü ildə İsmayıllı rayon Gəndov kənd ümumi orta məktəbində elimizin qəhrəman oğlu Bağırov Nizami Məlikməmməd oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə bərabər şəhidimizin ailə üzvləri, yaxın qohumları, kənd sakinləri də iştirak edirdi.
Məktəbin direktoru Xuraman Qurbanova şəhidlərin unudulmayacağını, xatirələrimizdə əbədi yaşadıqlarını dedi.

Qarabağın azadlığı uğrunda gedən qızğın döyüşlərin canlı şahidi, məktəbin dərs hissə müdiri İlham Səmədov şəhidin həyat yolu haqqında danışdı.
Vətənimizin yüzlərlə oğlu müstəqilliyimiz, milli azadlığımız, torpaqlarımızın erməni hərbi təcavüzündən qorunması uğrunda mübarizədə şəhid olmuşdur. Onların şəhidlik zirvəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir, onun iradəsini sındırmaq mümkün deyil. Bəli, bu bizim Nizam kimi şəhidlərimizin əzmkarlığından irəli gəlir. Xalqımız daim onların adını, ruhunu yüksək tutur və onları unutmur.
Bundan bir neçə gün əvvəl də Nizamın anım günü ilə əlaqədar tədbir keçirilmişdi. Tədbirdə Dövlət səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Natiq Bayramov, İsmayıllı rayon QMƏVŞA ictimai birliyinin sədr müavini Kamil Dadaşov iştirak edirdi.
Gəndov kənd ümumi orta məktəbi şagirdlərinin söylədikləri, Vətəni, torpağı və qəhrəmanlığı tərənnüm edən şeirlər, hazırladığı kompozisiyalar onların vətənpərvərlik hisslərini əks etdirirdi. Şagirdlərdən Aygün Soltanlı, Cavidan Abbaslı, Nahidə Qasımlı, Gülsüm Atazadə, Elnarə Atayeva və Fəridə Mirzəzadənin çıxışları tədbir iştirakçılarının ürəyincə oldu. Onların odlu-alovlu, vətənpərvərcəsinə etdikləri çıxışlar ürəklərdə torpaqlarımızın tezliklə düşmən tapdağından xilas olacağı ümidini artırırdı.
Çıxış edənlər arasında şəhidin həyat yoldaşı Ulduz Bağırova, qızı – məktəbimizin ibtidai sinif müəllimi Əsmər Bağırova tədbir iştirakçılarına, xüsusilə məktəbin direktoru Xuraman Qurbanovaya hər il bu cür tədbirlər keçirdiklərinə, bugünkü günü unutmadıqlarına görə minnətdarlıq etdilər.
Sonda məktəbin direktoru X.Qurbanova tədbirdə zəhməti olan hər kəsə təşəkkür etdi, şəhidləri yad etməyi borcumuz olduğunu diqqətə çatdırdı.
Ey İnsanlar!
Dönə-dönə şəhidləri xatırlayın,
İgidləri xatırlayın.
Öz qanıyla qalibiyyət dastanını
yazanları xatırlayın.
Bu torpağı ana kimi qucaqlayın
xatırlayın.
Ölümüylə əbədiyyət qapısını
Açanları xatırlayın.
S.Rüstəm
Vəfa Vahabova,
Gəndov kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz