Şəhidin anım günü


Şəhidlik zirvədir, elə bir zirvə ki,
İnsan bu zirvədə günəşə dönür.
Çatır cəsarəti ulduza, aya,
Cahanda parlayan atəşə dönür.
Qasımov İlham Eldar oğlu 1971-ci ildə Qaraqaya kəndində dünyaya göz açmışdı. Cəmi 23 il yaşadı. 1994-cü il aprelin 15-də torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak oldu. Vətənin 23 yaşlı igid oğlu İlham Qasımovun adı xatirələrdə, şəhidlik salnaməsində əbədi yaşayacaq.
Şəhidin anım günü

Şəhidlik zirvədir, elə bir zirvə ki,
İnsan bu zirvədə günəşə dönür.
Çatır cəsarəti ulduza, aya,
Cahanda parlayan atəşə dönür.
Qasımov İlham Eldar oğlu 1971-ci ildə Qaraqaya kəndində dünyaya göz açmışdı. Cəmi 23 il yaşadı. 1994-cü il aprelin 15-də torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak oldu. Vətənin 23 yaşlı igid oğlu İlham Qasımovun adı xatirələrdə, şəhidlik salnaməsində əbədi yaşayacaq.
H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində saxlanılır. Vaxtaşırı olaraq, vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər keçirilir.
Aprel ayının 16-da məktəbimizdə şəhid İlham Qasımovun anım günü keçirildi. Müəllimlərimizlə birlikdə şəhidin məzarını ziyarət etmək üçün Gəndov kəndinə getdik. Tədbirdə şəhidin ailəsi, sakinlər, kənd məktəbinin müəllim kollektivi də iştirak edirdi.
Həmin gün Gəndov kəndinin yetirməsi, şəhid Nizam Bağırovun da anım günü idi.
Tədbiri məktəbimizin direktoru Asif Soltanov açdı. O, hər iki şəhidin yarıda qırılan ömrü, qəhrəmanlığı haqqında danışdı.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu. Məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya maraqlı və baxımlı oldu. Tədbirdə çıxış edən şagirdlər şəhidlərimizi unutmayacaqlarını bildirdilər.
Məktəbimizdə kəndin şəhid övladlarının və Milli Qəhrəmanlarımızın foto-stendləri hazırlanıb.
Ruhunuz şad olsun, Allah sizə rəhmət eləsin, unudulmaz Vətən oğulları!
Şəbnəm Sultanlı,
H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi

Şərh Yaz