Sosial müdafiə gücləndirilir

İsmayıllı rayonunda yaşayan Çernobıl əlilləri üzləşdikləri faciənin 28-ci ildönümü ərəfəsində müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə rayonun Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Daha sonra rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün İsmayıllı-Qaraməryəm avtomobil yolunun kənarında, bir hektar sahədə cökə, akasiya və göyrüş ağaclarının tinglərini əkiblər.

Sosial müdafiə gücləndirilirSosial müdafiə gücləndirilir

İsmayıllı rayonunda yaşayan Çernobıl əlilləri üzləşdikləri faciənin 28-ci ildönümü ərəfəsində müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə rayonun Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Daha sonra rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün İsmayıllı-Qaraməryəm avtomobil yolunun kənarında, bir hektar sahədə cökə, akasiya və göyrüş ağaclarının tinglərini əkiblər.
Sosial müdafiə gücləndirilir
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev ulu öndər Heydər Əliyevin Çernobıl əlillərinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, prezident İlham Əliyevin bu kateqoriya insanların reabilitasiya və sosial problemlərinin həlli istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edib. O, əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb, bu işlərin təməlində insan amilinin dayandığını bildirib. Qeyd edilib ki, dinamik inkişaf mərhələsində olan ölkəmizdə əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiya və cəmiyyətə inteqrasiyaları ilə əlaqədar tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Müvafiq kateqoriyadan olan əlillər üçün fərdi evlərin, yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobili və texniki bərpa vasitələrilə təmin edilməsi tədbirləri İsmayıllı rayonunda da həyata keçirilir. Əlillərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə həyata keçirilən tədbirlər onların həyat səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Faydalı əməkdən sonra Çernobıl əlilləri nahar süfrəsinə dəvət olunublar.
Tədbirdə çıxış edən əlillər ölkədə inkişaf edən yaxşı nə varsa, hamısının insanların rahatlığı üçün olunduğunu deyib və göstərilən qayğıya görə minnətdarlıq ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz