Distant təhsil sahəsində ilk addımlar


“Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda göstərilən təhsilalma formalarından biri də distant (məsafədən) təhsildir. Distant təhsil müəllim və şagird (tələbə) arasında kompyuter şəbəkələri vasitəsi ilə yaradılan əlaqə əsasında uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. Distant təhsil daha çox müəyyən səbəbdən məktəbə getmək imkanı olmayan insanlar üçün əlverişlidir. Bu, təhsil formasında öyrənənin müstəqilliyi və yaradıcılığı üçün daha əlverişli şərait yaradır.

Distant təhsil sahəsində ilk addımlarDistant təhsil sahəsində ilk addımlar

“Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda göstərilən təhsilalma formalarından biri də distant (məsafədən) təhsildir. Distant təhsil müəllim və şagird (tələbə) arasında kompyuter şəbəkələri vasitəsi ilə yaradılan əlaqə əsasında uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. Distant təhsil daha çox müəyyən səbəbdən məktəbə getmək imkanı olmayan insanlar üçün əlverişlidir. Bu, təhsil formasında öyrənənin müstəqilliyi və yaradıcılığı üçün daha əlverişli şərait yaradır.
Avropanın bir çox ölkələrində distant təhsilə geniş yer verilmiş və uğurlu nəticələr əldə edilmişdir. Bu növ təhsil əyani və qiyabi formaları ilə müqayisədə üstünlüklərə malikdir. Distant təhsil əhalinin müxtəlif təbəqələrinə, sağlamlıq imkanları məhdud şəxslərə bərabər imkanlar yaradır. Bu təhsil sistemi tədris prosesinin daha müasir və onlayn formasıdır. Distant təhsil zamanı keçirilən dərslər məktəbdə tədris olunan dərs proqramlarından bir o qədər də fərqlənmir. Fərq yalnız ondadır ki, distant təhsil zamanı şagird və müəllim arasında ünsiyyət üz-üzə deyil virtual olaraq məsafədən həyata keçirilir.
Distant təhsil sahəsində ilk addımlar
Respublikamızda 2010-cu ildən etibarən distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən “Elektron Təlimləndirən Sistemlər” məsafədən təhsil layihəsinin icrasına başlanılmışdır. Layihənin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etmək, onların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, təhsil almaq imkanlarını yaxşılaşdırmaq, kompyuterdən və elektron resurslardan istifadə bacarıqlarını artıraraq internetə çıxış imkanlarını yaratmaqdır.
“Elektron Təlimləndirən Sistemlər” adlı layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların distant təhsili ilə əlaqədar mühüm addımlar atılmış, xeyli işlər görülmüşdür.
Bakı şəhəri, Qazax, Ağstafa, Tovuz rayonları üzrə sağlamlıq imkanları məhdud olan 60 şagird və 10 müəllim ən yeni kompyuter avadanlığı və proqram təminatları ilə təchiz olunmuşdur.
Şagirdlərin yaşadıqları 60 ev Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, ADSL İnternet bağlantısı ilə təmin edilmiş, o cümlədən şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə Bakı şəhəri 20 nömrəli tam orta məktəbinin seçilmiş otaqları yüksək sürətli fiberoptik İnternet və İnternet bağlantıları ilə təchiz olunmuşdur.
Distant təhsilin inkişafı ilə əlaqədar 20 nömrəli tam orta məktəbdə yaradılmış distant tədris mərkəzi İKT avadanlıqları ilə təmin edilmişdir.
Distant təhsilin icrasını təmin etmək məqsədi ilə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadə üzrə texniki dəstək xidmətləri göstərilmişdir
Distant təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodiki vəsait hazırlanmış və müvafiq təlimlər keçirilmişdir.
“Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün təhsil portalı yaradılmış və tədris materiallarının yerləşdirilməsi məqsədilə “Moodle” platforması portala inteqrasiya edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili qaydaları”nda dəyişiklik edilərək, xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlara distant təhsil almaq imkanı verilmişdir.
13 dekabr 2013-cü il tarixində Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılmsı İdarəsi və “Nobel -T” MMC arasında 13 A saylı satınalma müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “Elektron Təlimləndirən Sistemlər” adlı layihə çərçivəsində sağlamlıq imkanları məhdud olan məktəbyaşlı uşaqların distant təhsili ilə əlaqədar Bakı, Gəncə şəhərləri, İsmayıllı, Ağstafa, Bərdə, Samux rayonları üzrə 100 şagird və 30 müəllim ən yeni kompyuter avadanlıqları və proqram təminatları ilə təchiz olunmalı, distant təhsilin icrasını təmin etmək məqsədilə 22 müəllim, 22 şagird və 22 valideyn üçün müvafiq təlimlər keçirilməlidir.
2013-cü il ərzində respublika üzrə ümumilikdə 340 nəfər sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri övladlarının “Elektron Təlimləndirən Sistemlər” layihəsinə cəlb olunması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etmişdilər. Müraciətlər əsasında “Nobel – T” MMC şirkəti tərəfindən araşdırılma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” qərarını əsas tutaraq respublikanın 100 nəfər şagirdi seçilmişdir. Seçilmiş uşaqların 17 nəfəri İsmayıllı rayonunun şəhər 2, 4 nömrəli və Qurbanəfəndi kənd tam orta məktəblərinin evdə fərdi təhsil alan şagirdləridir.

21 aprel 2014-cü il tarixdə rayonun Heydər Əliyev Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların distant təhsilə cəlb edilməsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə iştirak edən Respublikanın Təhsil Naziri cənab Mikayıl Cabbarov respublikamızda distant təhsilin tətbiqi sahəsində görülən işlər haqqında məlumat vermiş, bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır. Nazir sağlamlıq imkanları məhdud uşaqların təhsilinin dövlətimizin diqqətində olduğunu və distant təhsilin belə uşaqların təhsilinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini söyləmişdir.
Tədbirdə çıxış edən Bakı şəhəri 219 nömrəli evdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Maral Vəliyeva distant təhsilin təşkili sahəsində qazandığı təcrübə haqqında danışmışdır.
Tədbirin sonunda rayonun 17 nəfər sağlamlıq imkanları məhdud olan şagirdinə distant təhsilə cəlb edilmək üçün İKT avadanlıqları verilmişdir.
Valideynlər adından çıxış edən Bayram Rzayev bu qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, Təhsil Naziri cənab Mikayıl Cabbarova dərin minnətdarlığını bildirmişdir.
İnanırıq ki, rayonda təhsilin yeni forması – distant təhsil sahəsində atılan ilk addımlar uğurlu olacaq, təhsildə qazandığımız müvəffəqiyyətlərə distant təhsil sahəsindəki uğurlarımız da əlavə ediləcəkdir.
Rasim Orucov,
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

Şərh Yaz