Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı məqaləsində İslama münasibət

Ə.Hüseynzadə – ideoloq, siyasi lider, ictimai-siyasi xadim, nəsillərə nümunə, şair, naşir, rəssam, diplomat, hərbi həkim, pedaqoq, tarixi şəxsiyyət olmuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətləri olmuşdur.
Ə.Hüseynzadə Azərbaycanda və Türkiyədə türkçülük ideologiyasının əsas yaradıcısıdır. Müstəqil Azərbaycanın dövlətçilik ideologiyasının əsasını təşkil edən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” təlimi də bu dahi insana məxsusdur. Məhz bu səbəbdən də Hilmi Ziya Ülken Əlibəy Hüseynzadə haqqında demişdir: “Əlibəy qərbçilik və türkçülüyü birləşdirən görüşün öndəridir”.

Hər şeydən öncə, Ə.Hüseynzadə şairdir. Romantik şairin “Hali-vətən”, “Yurd qayğısı”, “Kələbək”, “Arslan ağzı” kimi şeirlərində millət, vətən və azadlıq motivləri qabarıq istifadə olunmuşdur.
Hər bir əsərində, hətta, məqalələrində belə vətən, azadlıq, türkçülük, dövlətçilik ideologiyasını təşkil edirdi.
“Həyat” qəzetində 1905-ci ildə dərc olunmuş “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsində türklərin böyük bir ərazidə yaşadığını, zəngin dəyərlərə malik olduğunu, onların tarixini incə təsnifatla verir.
Bu məqalədə islam dininə münasibəti və bu din haqqında düşüncələrini daha qabarıq şəkildə əks etdirmişdir. Müəllif türk xalqlarının islamaqədərki, eləcə də islamı qəbul edəndən sonrakı dövrü təsvir edir. Bununla yanaşı, müəllif xristianlıq və yəhudiliyə etiqad edənlərdən də söhbət açır.
İslamı qəbul etmələrini türklər üçün təqdirəlayiq kimi göstərir. Belə qeyd edir ki, türk xalqlarının bir din altında birləşmələri onları daha güclü edə bilər. Əsərdə müəllifin islam dininə, bu dinin qayda-qanunlarına riayəti və rəğbəti də nəzərdən qaçmamışdır.
İslama olan münasibətinə, türk-islam birliyi ideologiyasına, Avropadakı inkişafın mənimsənilməsinə olan münasibətinə görə Ə.Hüseynzadəni A.Bakıxanova da bənzətmək mümkündür.
Sonda Baba Şakirin Ə.Hüseynzadə haqqında dediyi kəlamla tamamlamaq istəyirəm:
– Ə.Hüseynzadənin bütün əməli Adriatik dənizindən Çinə qədər olan məmləkətlərdə bir türk birliyi hasilə gətirməkdir.
Elnarə Muradəliyeva,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz