Narıncı meyvəsi

“Bir ağac böyütmək, övlad böyütmək qədər çətindir”.
H. Əliyev
Azərbaycanda əsasən subtropik zonada yetişən narıncı ölkənin digər regionlarında, doğma rayonumuz İsmayıllıda da yetişdirilir. Calaq etmə yolu ilə becərdiyimiz bu meyvənin bir sıra növləri vardır.

Narıncı meyvəsi
Təbiət və biz

Narıncı meyvəsi
“Bir ağac böyütmək, övlad böyütmək qədər çətindir”.
H. Əliyev
Narıncı meyvəsi
Azərbaycanda əsasən subtropik zonada yetişən narıncı ölkənin digər regionlarında, doğma rayonumuz İsmayıllıda da yetişdirilir. Calaq etmə yolu ilə becərdiyimiz bu meyvənin bir sıra növləri vardır. Rayonumuzun iqliminə uyğunlaşdırılmış narıncı növü unşu adlanır. Narıncının bu növü soyuğadavamlı, məhsuldar və dadlı olması ilə məşhurdur. Meyvəsi yumru və arxa və qarşı tərəfi yastıdır. Əti sulu, turşa-şirin və dadlıdır. Ağacları xırda, yarpaqları ellips şəkillidir. Saplaqları ensiz, qanadlıdır. Meyvələri adından bəlli olduğu kimi narıncı rəngdədir.
Təbiətin vurğunu olan H.B.Zərdabi yazırdı:
– Bitki aləmi bizim üçün nəinki qida olaraq lazımdır. O, əsas etibarı ilə bir də ona görə lazımdır ki, bizi boğulmaqdan qoruyur.

Şərh Yaz