Bilik yarışında

Aprel ayının 18-də A.Məmmədov adına Diyallı kənd tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Yaşıl aləm” və “Bacarıqlı əllər” dərnəklərinin üzvləri arasında breyn-rinq bilik yarışması keçirildi.
Yarış üçün seçilən suallar Ulu öndərin həyatını və onun Azərbaycan təbiətinə münasibətini əks etdirirdi.

Məktəbin direktoru Şəmsiyyə Əhmədova bu sayaq tədbirlərin əhəmiyyətindən söz açdı. O bildirdi ki, bu tədbirdə şagirdlər həm Heydər Əliyev, həm də Azərbaycan təbiəti haqqında biliklərini nümayiş etdirir, yeni məlumatlara yiyələnirlər.
Yarışmada məktəbin V sinif şagirdlərindən Gülafət Şəfaqətli, Xumar Pənahlı, Saleh Səmədov, Aqil Qinyətli, Akim Gərayev, Aytəkin Həsənli, IV sinif şagirdlərindən Sevinc Şəmiyeva, Rövşən Yusifov, İsmayıl Şıxlı, Emil İbadov fərqləniblər.
Sevda Şirinova,
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz