Nigar Rəfibəyli Basqal məktəbində anıldı

18 aprel 2013-cü ildə Basqal qəsəbə tam orta məktəbində şairə, tərcüməçi, Rəsul Rzanın həyat yoldaşı Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin girişində məktəbin tədris işləri üzrə direktor müavini, bu sətirlərin müəllifi Yeganə Ağayeva, onun həmkarı Tərlan Soltanov çıxış edərək şairənin həyat və yaradıcılığı, onun şerlərində ana mövzusu barədə şagirdlərə məlumat verib.

Şagirdlərin təqdimatında şairənin yazdığı şerlər və şerlərinə bəstələnmiş mahnılar səsləndirilib, Akif İslamzadənin ifasında “Neyləyim”, Şövkət Ələkbərovanın ifasında “Güllər” mahnısının video lentlərinə baxılıb.
Nigar Rəfibəyli 1913-cü ilin 23 iyununda Gəncədə dünyaya gəlib. Nigar xanımın atası Xudadat bəy 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri olub. Amma XI qızıl ordu ölkəni ələ keçirdikdən sonra bolşevik hökumətini özünə düşmən seçən nəsillərdən biri də Rəfibəylilər olub.
Nigar Rəfibəyli Basqal məktəbində anıldı
Bu ailə dəfələrlə ən sərt repressiyalara məruz qalıb. Üzərində “Xalq düşməni” damğası olan Rəfibəyli Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra, Moskvada pedaqoji institutda təhsilini davam etdirib. 1931-ci ildə, o zaman Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərindən olan “Maarif evi”ndə biri Göyçaydan, digəri Gəncədən gələn iki gənc, Rəsulla Nigar ilk dəfə rastlaşıb, toyları isə 1937-ci ilin fevralında baş tutub. Yazıçı Anar anası Nigar Rəfibəyli və atası Rəsul Rza haqqında yazır: “Rəsul Nigarın əlacsız xəstəliyini, Nigar Rəsulun vəfatını bilmədi. Rəsul özü dünyada olmaya-olmaya Nigara ad günündə çiçəklər göndərdi, təltifatını təbrik etdi. Nigar artıq dünyadan köçmüş Rəsulun təzə şerlərini dinlədi, ona salam göndərdi, yasəmənlər göndərdi, onun “etinasızlığından” gileyləndi… Nə həyat, nə ölüm onları ayıra bilmədi. Və heç birinin sevmədiyi rejim onları yalnız öləndən sonra ayıra bildi. İmkan vermədi ki, Rəsulla Nigar eyni məzarlıqda yanaşı uyusun”. Nigar Rəfibəyli müxtəlif dövrlərdə şerlər, poemalar, nəğmələr müəllifi olan ədib idi, həm də publisistikayla məşğul olurdu. O, həm də təcrübəli tərcüməçi idi. O, Məhsəti Gəncəvinin rübailərindən tutmuş, rus və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini uğurla tərcümə edib. Göstərdiyi xidmətlərinə görə isə “Şərəf” ordeni ilə təltif olunub.
Biz daima Azərbaycan adına yaşayan və yaradan insanları unutmayacağıq.
Yeganə Ağayeva,
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz