Dama yarışı

İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq İsmayıllı rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilən dama yarışı keçirilib. Yarış iştirakçıları püşkatma yolu ilə qruplara bölünərək qalib adı uğrunda mübarizə aparıblar.
Dama yarışı
Dama yarışı

Dama yarışı
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq İsmayıllı rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilən dama yarışı keçirilib. Yarış iştirakçıları püşkatma yolu ilə qruplara bölünərək qalib adı uğrunda mübarizə aparıblar. Rayon Mədəniyyət Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinin iştirakı ilə keçirilən yarışda Rayon Mədəniyyət Mərkəzinin elektriki Xanlar Məmmədov birinci, Uşaq İncəsənət Məktəbinin müəllimi Seymur Şirəliyev ikinci, rayon Mədəniyyət Mərkəzinin metodisti Araz Şəmdinli üçüncü yeri qazanıb. Yarış qaliblərinə Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin təsis etdiyi mükafatlar və diplomlar təqdim edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz