Açıq qapı

İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə aprel ayının 18-də “açıq qapı” günü keçirilib. Həmin gün Muzeyin zalında rayonun ziyalı təbəqəsi ilə geniş müşavirə təşkil olunub.

Müşavirədə çıxış edən rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Samir Zülfiyev ölkədə və rayon ərazisində olan tarixi mədəniyyət abidələri haqqında danışıblar.
Tədbir iştirakçılarına rayonun tarixi, mədəniyyəti, tarixi abidələrin hazırkı vəziyyəti və ölkə Prezidentinin tarix və mədəniyyət abidələri ilə bağlı müvafiq sərəncam və tapşırıqları barədə məlumat verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz