İdmançı məktəblilərin uğurları


Rayon Uşaq-Gənclər İdman Məktəbinin 1999-2000-ci il təvəllüdlü oğlanlardan ibarət həndbol komandası (Talıstan kənd tam orta məktəbinin şagirdləri) 17-22 mart 2014-cü il tarixdə Astara şəhərində keçirilən Yeniyetmələr arasında IX Respublika Oyunlarının proqramına daxil olan zona birinciliyində iştirak etmişdir.

İdmançı məktəblilərin uğurlarıİdmançı məktəblilərin uğurları

Rayon Uşaq-Gənclər İdman Məktəbinin 1999-2000-ci il təvəllüdlü oğlanlardan ibarət həndbol komandası (Talıstan kənd tam orta məktəbinin şagirdləri) 17-22 mart 2014-cü il tarixdə Astara şəhərində keçirilən Yeniyetmələr arasında IX Respublika Oyunlarının proqramına daxil olan zona birinciliyində iştirak etmişdir.
Zona birinciliyində rayonumuzun komandası (məşqçi-müəllim Seyran Abdullayevdir) uğurla çıxış etmişdir. Komanda I yerə çıxaraq may ayında Şəmkir şəhərində keçiriləcək respublika final yarışına vəsiqə qazanmışdır.
İdmançı məktəblilərin uğurları
***
Məktəbimizin kiçik futbolçulardan ibarət komandası məşqçi-müəllim Tərlan Vahidovun rəhbərliyi altında 02-06 aprel 2014-ci il tarixdə Ağdaş şəhərində yarışda olmuşdur. 10-11 yaşlılar arasında keçirilən “Sevinc” kuboku uğrunda futbol üzrə respublika birinciliyinin zona yarışında komandamız I yerə çıxmışdır. Onlar aprel ayının sonlarında Mingəçevir şəhərində keçiriləcək respublika finalında iştirak edəcəklər.

***
14-17 aprel 2014-cü il tarixlərdə Şirvan şəhərində 200-2001-ci il təvəllüdlülər arasında İdman Məktəblərinin VII Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə komandamız zona yarışında III olmuşdur. Məşqçi-müəllim Seyran Abdullayevdir. Komanda respublika final yarışına vəsiqə qazanmışdır.
Nəriman Alıyev,
İsmayıllı rayon Uşaq- Gənclər İdman Məktəbinin direktoru

Şərh Yaz