Qarşılıqlı anlaşma olmadıqda

12 aprel 2014-cü ildə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında, İsmayıllı Rayon Prokurorluğunun 24 fevral 2014-cü il tarixli İsmayıllı rayonu ərazisində qeydə alınmış özünü öldürmə və özünü öldürməyə cəhd hadisələri üzrə ibtidai araşdırma vəziyyətinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. İclasda Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Rayon Təhsil Şöbəsinin əməkdaşları, İsmayıllı Rayon Prokurorluğunun müstəntiqi Fərid Dadaşov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqları və sinif rəhbərləri iştirak edirdi. Tədbiri giriş sözü ilə Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov açdı. O, çıxışında qeyd etdi ki, azyaşlılar arasında intihar hallarının baş verməsinin əsas səbəblərindən biri valideynlə uşaq arasında qarşılıqlı anlaşmanın olmamasıdır. Daha sonra Rasim Orucov ümumtəhsil məktəblərin tərbiyə işləri üzrə direktor müavinlərini, sinif rəhbərlərini və psixoloqları şagirdlərə qarşı daha diqqətli olmasını, onların psixikasına təsir edəcək halların baş verməməsini tövsiyə etdi.

İsmayıllı Rayon Prokurorluğunun müstəntiqi Fərid Dadaşov çıxışında təəssüf hissi ilə qeyd etdi ki, 2013-cü il ərzində İsmayıllı rayonunda 18 özünü öldürmə və özünü öldürməyə cəhd hadisəsi qeydə alınmışdır. Həmin hadisələrdən 11-i özünü öldürmə,7-si isə özünü öldürməyə cəhdlə bağlı olmuşdur.
Qarşılıqlı anlaşma olmadıqda
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva gənclər arasında intihar hallarının artmasının müxtəlif səbəbləri olduğunu dedi: “ İlk növbədə, intihar hallarına zəmin yaradan televiziyalarda cinayət işi ilə bağlı xəbərlərin yayımlanmasıdır. Gənclər qəzet oxumağa az meyllidirlər. Görüb-götürdükləri telekanallarda yayımlanan mənasız proqramlardır. Televiziyalar səhərdən axşama qədər serial nümayiş etdirirlər. Seriallarda göstərilən intihar səhnələri bu prosesdə bir növ nümunə rolunu oynayır. Təbliğat düzgün qurulsa, bu kimi halların sayı azalar. Sosial vəziyyət də intihar halları ilə əlaqədardır. Əsas səbəblərdən biri də valideynlə uşaq arasında qarşılıqlı anlaşmanın olmamasıdır”. Daha sonra tədbir müzakirələrlə davam etdi.
Xalid Allahverdiyev,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz