Düşüncə tərzimiz

Hər bir insanın həyatı, yaşayış tərzi əslində, onun dünyanı necə dərk etməsindən asılıdır. İnsanın sosial varlıq olduğunu nəzərə alsaq, deyə bilərik ki, yaşadığımız mühit bizim düşüncə tərzimizə yetəriincə təsir edir. İnsan cəmiyyətdə formalaşır, onun seçimləri də, düşüncə tərzi də məhz cəmiyyətin təsiri altında yaranır. Təəssüf ki, ətrafımızda dar düşüncəyə sahib olanlar da vardır. Belələri başqalarının, özlərindən daha mükəmməl düşüncəyə malik olanların fikirlərinə hörmətlə yanaşmır, dinlədiklərinin, eşitdiklərinin həqiqət olduğunu qəbul etmək istəmirlər.
Düşüncə tərzimiz
Düşüncə tərzimiz


Hər bir insanın həyatı, yaşayış tərzi əslində, onun dünyanı necə dərk etməsindən asılıdır. İnsanın sosial varlıq olduğunu nəzərə alsaq, deyə bilərik ki, yaşadığımız mühit bizim düşüncə tərzimizə yetəriincə təsir edir. İnsan cəmiyyətdə formalaşır, onun seçimləri də, düşüncə tərzi də məhz cəmiyyətin təsiri altında yaranır. Təəssüf ki, ətrafımızda dar düşüncəyə sahib olanlar da vardır. Belələri başqalarının, özlərindən daha mükəmməl düşüncəyə malik olanların fikirlərinə hörmətlə yanaşmır, dinlədiklərinin, eşitdiklərinin həqiqət olduğunu qəbul etmək istəmirlər.
Düşüncə tərzimiz
Hardasa bir ay əvvəl, qəzetdə İsmayıllıda gedən inkişaf, yeniliklər barədə məqalə ilə çıxış etmişdim. Qəzetin saytında yer alan yazıya sosial şəbəkələrdə müsbət rəylərlə yanaşı, ürək bulandıran şəkildə rəy yazanlar da olmuşdu. Rayonun inkişafından, tərəqqisindən bəhs edən bir yazıya münasibəti nəzərə alaraq, şəhər sakinləri arasında görülən işlərin düşüncəmizə təsirini öyrənmək məqsədi ilə kiçik bir sorğu aparmaq qərarına gəldim. Təbii olaraq, düşündüm ki, sorğunu fərqli yaş qruplarında və müxtəlif fəaliyyət sahələrində çalışan insanlarla aparım. Onların dilindən İsmayıllının bu günü və sabahı haqqında dediklərini, görülən işlərdən başqa daha nələri görmək istədiklərini yazıda əks etdirim.
İlk müsahibim İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı Altay Ağayev oldu. O, rayonda əvvəlki ictimai durum ilə indiki vəziyyət arasında böyük, həmçinin ürəkaçan fərqin olduğunu dedi:
– Son dövrdə ölkədə, eləcə də rayonumuzda aparılan yeniliklər, quruculuq işləri məni çox sevindirir. Rayonda həmişə tör-töküntü yeri olan əraziləri indi güllü-çiçəkli parklar, yaşıllıqlar əvəz edir. Bu da insanları öz doğma rayonunu sevməyə, onu quranlar haqqında ağız dolusu söz deməyə sövq edir. İsmayıllıda xeyli çayxana var . Müasir şərait isə demək olar ki, heç birində yoxdur. Qəribə olsa da, piyadalarımızın küçə, sürücülərimizin yol mədəniyyəti olduqca aşağı səviyyədədir. Düşüncə tərzimiz bu iki məsələdən aydın görünür. Yeniliklərin, inkişaf və tərəqqinin düşüncə tərzimizə bu qədər zəif təsir etməsi təəccüb doğuran haldır. Hansı ki, əldə olunan nailiyyətlər öz əksini düşüncəmizdə tapmalı və bizi daha yüksək düşünmə səviyyəsinə qaldırmalıdır. İsmayıllımızın sürətlə inkişafı göstərir ki, tezliklə hamımız daha fərqi düşüncə sahiblərinə çevriləcək, görülən işləri dəyərləndirib, qorumağa və artırmağa meyl edəcəyik. Bunu rayonumuza olan sevgimiz, biri-birimizə olan münasibətimiz, nümunəvi rəftarımız və mədəni davranışımızla həyata keçirəcəyik.
Rayonun ictimai həyatında fəal iştirak edən gənclərimizdən biri, Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllimi Cavid Bədəlovdur. Onunla söhbət bir gənc olaraq mənə zövq verdi. Cavid müəllim rayonda gənclərə göstərilən qayğıdan danışdı:
– Hazırda İsmayıllıda gənclərin fikirlərinə xüsusi önəm verilir. Tez-tez rayon İcra Hakimiyyəti başçısı tərəfindən görüşlər, müxtəlif tədbirlər keçirilir. Rayonun sabahı, gələcəyi barədə fikirlərimiz öyrənilir. Təəssüf ki, bir qədər irəlini görüb, faydalı yolu seçən gənclərimiz çox azdır. Bu bəlkə də onlara zaman-zaman meydan verilməməsindən irəli gəlir. Bu gün iş birliyi quran, liderliyi öz üzərinə götürən gənclərimiz olduqca azdır.
Uzun müddətdir Kommunal Müəssisələri Kombinatında bağban işləmiş Rəşid İbrahimov söhbətin mövzusunu bilən kimi, bu məsələdə narahatçılıq keçirdiyini etiraf etdi:
– Mən sadə bağbanam, qulluq göstərməli olduğum ərazini təmiz saxlamaq, yaşıllıqlara qulluq etmək, şəhərin gözəl görünməsini təmin etmək vəzifə borcumdur. Bağa müxtəlif yaş qrupunda olan insanlar gəlir – uşaqlar, gənclər yaşlılar. Uşaqlar oynayır, gənclər əylənir, qocalar dincəlirlər. Bəziləri fərqinə varmadan əllərindəki zibili hara gəldi atır, natəmizlik yaradır. Bu məni heç də az narahat etmir. Dincəlmək məqsədi ilə parklarımızda hər kəsin etdiyi hərəkət kənardan görünür, izlənilir. Belələrinə heç nə demirik. Amma yaxşı olar ki, hər kəs özünə hörmət qoyub etdiyi hərəkətə qiymət versin. Kənardan baxanlar gördükləri xoşagəlməzliklərə görə yəqin ki, bu cür hərəkət sahiblərinə heç də yüksək qiymət vermirlər.
Bu gün siqaret çəkmək, siqaret aludəsinə çevrilmək xeyli adiləşib. Heç kim bunu xəstəlik kimi qəbul etmək istəmir. Əslində, siqaret insan orqanizminə böyük zərər yetirir və insanı özündən asılı edir. Satıcı işləyən Babək Lazımov gənclərimizin əksəriyyətinin mağazaya gəliş səbəbini siqaretlə əlaqələndirdi:
– Cavan oğlanlar mağazaya gələndə artıq bilirəm ki, istədikləri siqaret və ya telefon üçün kontur kartı olacaq. Bir qədər dərindən düşündükdə həqiqətən də bu bəlanın böyüklüyü görünür. Heç yerdə işləməyən, yaxud da buna cəhd etməyən gəncin siqaret pulunu haradan tapması insanda maraq doğurur. Fərz edək ki, o pulu valideynlərindən götürür. Burada ortaya çıxan sual istənilən halda cavabsız qalır. Əgər hər hansı işə qadir bir gənc özünün ehtiyaclarını yetərincə təmin edə bilmirsə, gələcək ailəsini necə dolandıracaqdır?
Göründüyü kimi, sualdan sual doğulur, problemdən problem törəyir. Yaranan problemlərin çözülməməsi isə digər xoşagəlməzliklərə qapı açır. Qurulan ailələrin bir çoxu da elə bu səbəbdən dağılır.
Bu gün ölkəmiz sürətlə inkişaf edir. Hər birimiz bu inkişafın nədən, nə üçün yaranmasının fərqinə varmalıyıq. Görülən bütün işlər insanların rahatlığını təmin etməyə, onların daxili aləminin zənginləşməsinə yönəldilib. Odur ki, hər birimiz düşünməyi, yaxşını pisdən seçməyi, görülən işləri qiymətləndirməyi bacarmalıyıq. Bu gün açıq-aydın görünən inkişafın qarşısında düşüncəsizlik nümayiş etdirmək, ən azından, insanın özünə etdiyi hörmətsizlik kimi qəbul olunmalıdır.
Hər birimiz ətrafımızda cərəyan edən ictimai, sosial-mədəni duruma diqqətlə yanaşmalı, bu hərəkatda fəallıq nümayiş etdirməliyik. Bunun üçün də bizim hər birimizdən düzgün qiymətləndirmə və təhlil etmə bacarığı tələb olunur.
Dövlətimiz inkişaf etdikcə rayonumuz da yeniləşir, müasir görkəm alır. Gedən dəyişiklikləri görmək, dəyərləndirmək və qorumaq yurddaşlıq borcumuzdur. Aparılan abadlıq-quruculuq işləri, infrastruktur dəyişiklikləri şəraitimizi yaxşılaşdırdıqca hər birimiz daha müasir düşüncə tərzinə yiyələnməli, yerimizi, yurdumuzu, bu yenilik və rahatlığı bizim üçün quranları daha çox sevməli, onları yeni işlər görməyə ruhlandırmalıyıq. Yönəlmiş sosial layihələr, işsizliyin səviyyəsinin aşağı salınması istiqamətində atılan addımlar göz qabağındadır. Lakin sıralarımızda elələri də var ki, bu inkişafı görmək istəmir və ya özünü görməməzliyə vurur. Bu sayaq hərəkətin el arasında qısaca adı nankorluqdur.
Məsələyə bu prizmadan yanaşanları da təbii qəbul edirəm. Çünki bizi gözəllikləri ilə məftun edən təbiətdə gül də var, tikan da. Kimin sözü olduğunu bilmirəm, amma bilirəm ki, yaxşı sözdür: Yaxşı görmək üçün yaxşı düşünmək lazımdır. Güzgü səni əyri göstərirsə, özünə düzəliş verməyə çalış, güzgünü sındırma.
Çinarə Bəhərçinli

Şərh Yaz