Din və cəmiyyət

Aprel ayının 11-12-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun dini icmalarının sədrləri, din xadimləri, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda konfrans keçirildi. Din və cəmiyyət
Aprel ayının 11-12-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun dini icmalarının sədrləri, din xadimləri, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda konfrans keçirildi.
Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, abidə önünə tər güllər düzdülər.
Konfrans öz işinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bərpa edilmiş, qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin timsalında milli-mənəvi dəyərlərimizə göstərilən qayğını əks etdirən “Əbədi işığın abidəsi” sənədli filminin nümayiş etdirilməsi ilə başladı.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov son vaxtlar Azərbaycanda radikal dini cərəyanların fəallaşdığını və onlarla mübarizədə din xadimləri, icma sədrlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.
Milli Məclisin deputatı Novruzəli Aslanov ulu öndərin həyat yolundan, Azərbaycanda dini tolerantlığın qorunması və inkişaf etdirilməsi ilə bağlı gördüyü işlərdən danışdı. Ümummilli liderin məscidlərlə yanaşı, kilsələrin də bərpasına diqqət yetirdiyini qeyd etdi. Millət vəkili bu işin günümüzdə də uğurla davam etdirildiyini vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev gənclərimizin zərəli dini cərəyanların, vəhabilərin, nurçuların təsiri altına düşmələrindən, Vətəni tərk edərək Suriyada gedən məqsədsiz döyüşlərdə öldürülməsindən ürək ağrısı ilə danışdı. Natiq bildirdi ki, Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşadığı bir dövrdə gənclərimizin belə addım atması yolverilməzdir.
İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev qeyd etdi ki, din dövlətdən ayrı olsa da milli-mənəvi dəyərlərin formalaşmasında din böyük vasitəçidir.
İctimai televiziyanın “Din və cəmiyyət” verilişinin aparıcısı Natiq Rəhimov dini radikalizm, eksterimizmin təzahür formaları mövzusunda çıxış etdi.
Konfransda İsmayıllı və ətraf rayonlardan olan dövlət qeydiyyatına alınmış 5 icmaya şəhadətnamələr təqdim edildi.
İdris İbrahimov

Şərh Yaz