Xəbər alqışlarla qarşılandı

İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdamə Sadıqovun ayrı-ayrı yaşayış məntəqələrində görüşlərin, səyyar qəbulların keçirməsi artıq bir ənənə halını almışdır. Keçirilən görüşlər əhalinin sosial qayğılarının öyrənilməsi, problemlərin mütəşəkkil həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Rayonun Qurbanəfəndi kəndində, mart ayının 28-də baş tutmuş səyyar görüş-qəbul da məhz bu məqsədə xidmət edirdi. Diqqət çəkən haldır ki, keçirilən qəbulların əksərində əhali ictimai əhəmiyyət daşıyan məsələləri ön plana çəkir.

Qəbulda çıxış edən kənd sakininin hər biri rayonda aparılan quruculuq işlərinə görə ölkə Prezidentinə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etdilər.
Çıxışlardan məlum oldu ki, digər kəndlərdən fərqli olaraq, burada gənclər doğulduqları kəndi tərk etmir, doğma yurdda qalıb yaşamağa üstünlük verirlər. Bu bəyənilən hal olsa da, yeni qurulan ailələrin torpaq sahələri ilə təmin olunması məsələsi problem olaraq qalmaqdadır.
Görüşün əvvəlində M.Sadıqov mövcud vəziyyətin həlli istiqamətində atılan addımlardan danışdı. Kənd üçün perspektiv inkişaf torpaq sahələrinin artırılması məqsədi ilə yuxarı təşkilatlara müraciət olunduğunu, bu müraciətin müsbət cavablandırılacağına ümidvar olduğunu açıqladı. Bu xəbəri tədbirə toplaşanlar alqışlarla qarşıladılar.
Kəndin ağsaqqallarından Baba Səmədov RİH başçısını kənd sakinləri adından salamladı, onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıq etdi. O, həmçinin mövcud problemlərin tezliklə həll olunacağına ümidvar olduğunu bildirdi.
Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimi Kamal Allahverdiyev kənd sakinləri tərəfindən ölkənin daxili və xarici siyasətinə yetərincə dəyər verilməsini diqqətə çatdırdı. Gənclərin kənddə qalıb ev-eşik, ailə sahibi olmalarını vətənə sevgi, onun sabahına olan inam kimi səciyyələndirdi, son illərdə məktəbi bitirən məzunların uğur və nailiyyətlərindən, elmə, təhsilə önəm vermələrindən danışdı.
Görüşdə içməli su, elektrik xətlərinin köhnəliyi, mavi yanacağın olmaması səbəbindən yaranan çətinliklərdən də söz düşdü. Şəxsi problemi olanlar da arzu və istəklərini RİN başçısına çatdırdılar.
Qaldırılan məsələlərin hər birinin həllinin vacibliyini qeyd edən başçı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz