Razılıqlarını bildiriblər

İsmayıllı rayonunun Keyvəndi və Minkə kəndlərində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlər ilə görüş keçirilib. Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub.
Razılıqlarını bildiriblərRazılıqlarını bildiriblər

İsmayıllı rayonunun Keyvəndi və Minkə kəndlərində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlər ilə görüş keçirilib. Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub.
Razılıqlarını bildiriblər
Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini diqqətə çatdırıblar. Rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər. Keyvəndi kəndində 1500 başlıq yeni ətlik və südlük maldarlıq kompleksinin tikintisinə görə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda kənddə yeni bağça binasının tikilməsinə, həmçinin elektrik dirəklərinin dəyişdirilməsinə və yeni su xəttinin çəkilməsinə ehtiyac olduğunu diqqətə çatdırıblar.
Görüşdə çıxış edən icra başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin bu gün də uğurla davam etdiyini söyləyib. Eyni zamanda, icra başçısı son vaxtlar rayonda baş verən müsbət dəyişikliklərdən razılığını bildirib, kənd sakinlərinin qayğıları və problemlərinin həlli ilə əlaqədar göstərişlər verib. Yaxın vaxtlarda mövcud problemlərin həlli istiqamətində görüləcək işlər haqqında danışıb.
Sonra kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şahməmməd Soltanov

Şərh Yaz