Çağırışaqədərki fənn üzrə seminar

5 aprel 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında “Rayonun orta məktəblərində hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və hərbi məktəblərə qəbulun təşviq edilməsi” mövzusunda seminar keçirilib.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun təşəbbüsü ilə təşkil edilən seminarda rayonun Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri ictimai birliyinin sədri Vidadi Zərbiyev, RTŞ-nin metodisti İlham Vahabov və rayonun məktəblərdə GÇH fənnini tədris edən müəllimlər iştirak ediblər.
Tədbirdə torpaqlarımızın müdafiəsi zamanı canlarını qurban vermiş Vətən övladlarının, bir neçə gün əvvəl şəhid olmuş Baxşıyev Akif Aydın oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda İsmayıllı rayonunun Cİİ-nin rəisi T.Salehov, şəhər 6, 3, 1, 5 və 4 nömrəli, Təzəkənd, Cülyan kənd tam orta məktəblərinin çağırışaqədərki hazırlıq fənn müəllimləri çıxış ediblər.
Məktəblərdə maddi-texniki bazanın möhkəmləndirilməsi, yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi və hərbi məktəblərə qəbulun tempinin artırılmasını çağrışaqədərki fənn müəllimlərdən bir vəzifə olaraq tələb olunub.
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin çağırışaqədərki fənn müəllimi Əsgər Manafovun “Hərbici müəllim” bloqunun təqdimatı olub.
R.Orucov bu məsuliyyətli işdə, çətin və şərəfli yolda müəllimlərə uğurlar arzulayıb.
Müşviq Məmmədov,
Mollaisaqlı kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz