Mənfur qonşuların törətdiyi qətliamın qurbanları

31 mart 2014-cü il tarixdə 1918-ci ildə Türk-Qafqaz Ordusunun tərkibində bu torpaqlara gəlmiş, savaşaraq şəhid olmuş türk əsgərlərinin Hacıhətəmli kənd qəbiristanlığındakı məzarları ziyarət olunub. Məzarların önünə əklil və tər güllər düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev Bakıda və ölkənin digər bölgələrində dinc azərbaycanlı əhaliyə necə divan tutulmasından danışıb.
RİH başçısının müavini Sevil Əhmədova tədbirdə çıxış edib. O bildirib ki, xalqımıza edilən zülmləri, başına gətirilən müsibətləri yalnız anım günlərində deyil, hər zaman yada salmalıyıq.

Təqaüddə olan tarix müəllimi Mehdi Məmmədov 96 il bundan əvvəl törədilən soyqırım dəhşətinin xalqımızın yaddaşından silinmədiyini deyib. Qeyd edib ki, 1918-ci il mart hadisələrindən sonra ermənilər İsmayıllı bölgəsində 1029 nəfər dinc əhalini vəhşicəsinə qətlə yetiriblər.
Hacıhətəmli kəndi də erməni təcavüzünə məruz qalan kəndlərdən biridir. Fitnəkar ermənilər burada və ətraf kəndlərdə də qırğınlar törədib, evləri yandırıb, mal-qaranı tələf ediblər. Hacıhətəmli kəndi ərazisində yerləşən məscid də tarixi saxtalaşdıran ermənilərin hücumunun qurbanı olub.
Mənfur qonşuların törətdiyi qətliamın qurbanları
Mollaisaqlı kənd tam orta məktəbinin coğrafiya müəllimi İldırım Məsimov çıxış edərək bildirib ki, mənfur qonşularımız Göyçay istiqamətinə ediləcək hücumlar zamanı uğur qazana bilmək üçün ilk hədəf kimi Hacıhətəmli kəndini seçiblər. Çünki bu kəndin alınması bolşeviklər üçün Göyçaya hücumda əlverişli şərait yaradacaqdı. İldırım müəllim o vaxt törədilən vəhşilikləri, ulu babalarından eşitdiklərini gənc nəslin diqqətinə çatdırıb.
Kəndin yetirməsi, şair Tərlan Saleh türk şəhidlərinə həsr etdiyi şeirini söyləyib.
Hacıhətəmli kənd tam orta məktəbinin şagirdləri öz yurd-yuvalarında xəyanətkar ermənilər tərəfindən qətlə yetirilən minlərlə soydaşımızın əziz xatirəsinə şeirlər oxuduqları şeirlərlə yad ediblər.

Şərh Yaz