Erməni vəhşilikləri

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə İsmayıllı rayonunda məktəblilərin ümumrayon tədbiri keçirilib. Çıxışlarda İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, şəhər 4 nömrəli tam orta məktəbinin tarix müəllimi Şahin Kərimov 1918-ci ildə Bakı şəhərində hakimiyyətdə olan daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrindən, bu hadisələrin uzun müddət tarixi saxtakarlığa məruz qaldığından, rayon ərazisində əhaliyə qarşı törədilən erməni vəhşiliklərindən danışıblar.
Erməni vəhşilikləriErməni vəhşilikləri

1918-ci ilin mart qırğını, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymətin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyi bildirilib. Daha sonra nümayiş olunan “Tarixin bir günü və ya bir günün tarixi” filmdə 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qırğın faktları kadrlarla sübut olunub. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı soyqırımı – bütün bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin qanlı səhifələri nümayiş olunub.
Çinarə Bəhərçinli

Şərh Yaz