9100 ağac

İsmayıllı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyasına start verilib. Aprel ayının 10-da baş tutan aksiyada 9100 ağac əkilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, ağsaqqallar, yerli təşkilatların nümayəndələri və şəhər sakinləri təşəbbüsə qoşularaq, ağacəkmə kampaniyasında həvəslə iştirak ediblər.

Həmin gün rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədi ilə Muğanlı-İsmayıllı magistral yolunun kənarında, Diyallı kəndinin cənubunda, xüsusi təyin olunan sahədə çinar, akasiya, göyrüş, ağcaqayın növündən olan ağacların tingləri əkilib.
Milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olan rayon gəncləri aksiyaya böyük həvəslə dəstək veriblər. Əkilən ağacların suvarılması üçün əraziyə xüsusi su maşınları cəlb olunub. Sakinlərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb. Ağaclara müntəzəm qulluq edilməsi qərara alınıb. Eyni zamanda, əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb, növbətçilik təşkil olunub.
Əkin materialı kimi İsmayıllı rayon landşaftına uyğun tinglərindən istifadə olunub. Rayonda son bir il ərzində 90 min ədəd müxtəlif ağac tingləri əkilib. Yaşıllıqların sayının və sahəsinin artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.
“ İsmayıllı xəbərləri”

Şərh Yaz