Tədbirlərə start verilib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da Azərbaycan Demokratik Respublikasının Müdafiə Naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilib. Cəmiyyət fəaliyyətə başladığı ilk gündən insanlara yardım etmək missiyasını üzərinə götürüb. QAC fövqəladə hallara hazırlıq və cavabvermə, sağlamlıq və qayğı, qan donorluğu, HİV-AİDS-ə qarşı maarifləndirmə, ilk yardım, humanitar dəyərlərin yayımı, gənclər və könüllülər, yerli komitələrin və icmanın inkişafı kimi fəaliyyətlər həyata keçirir.
Tədbirlərə start verilibTədbirlərə start verilib

Könüllülərin sayının artırılması məqsədi ilə QAC İsmayıllı rayon bölməsi tədbirlərə start verib. İlk maarifləndirmə tədbiri aprel ayının 8-də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində keçirilib.
QAC-ın könüllüsü Çinarə Bəhərçinli Cəmiyyətin yaranma tarixindən, üzərinə götürdüyü missiyalardan danışıb. QAC İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov bölmənin il ərzində gördüyü işlər barədə məlumat verib.
Şagirdlərə QAC haqqında məlumatın əksini tapdığı bukletlər paylanıb.
Tədbirin ikinci hissəsində QİÇS və narkomaniyanın insan həyatına vurduğu zərərlərdən, erkən nikahın fəsadlarından danışılıb. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Gülnar Mikayılova məktəbliləri zərərli vərdişlərdən uzaq olmağa səsləyib. UADM-ın bukletləri paylanıb.
Narkomaniyanın qurbanı olan insanların acı talelərindən bəhs edən film nümayiş etdirilib.
50 məktəbli QAC İsmayıllı rayon bölməsinin könüllüsü olub.
Süleyman Hüseynli,
şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz