Qan yaddaşımızı möhkəmləndirməliyik

Qan yaddaşımızı möhkəmləndirməliyik
Yaddaşsızlığa, unutqanlığa son qoyulmalı, azərbaycanlıların soyqrımı tarixi dərindən öyrənilməli,
qətliam qurbanlarının xatirəsi daim əziz tutulmalıdır.
Bu sözlər YAP İsmayıllı rayon təşkilatının Qaz İstismar Sahəsi ilk təşkilatında keçirdiyi tədbirdə səslənib.

Qan yaddaşımızı möhkəmləndirməliyik

Qan yaddaşımızı möhkəmləndirməliyik

Yaddaşsızlığa, unutqanlığa son qoyulmalı, azərbaycanlıların soyqrımı tarixi dərindən öyrənilməli,
qətliam qurbanlarının xatirəsi daim əziz tutulmalıdır.
Bu sözlər YAP İsmayıllı rayon təşkilatının Qaz İstismar Sahəsi ilk təşkilatında keçirdiyi tədbirdə səslənib.

Qan yaddaşımızı möhkəmləndirməliyik
Tədbiri giriş sözü ilə Qaz İstismar Sahəsinin rəisi Eldar Səlimzadə açıb. O, Azərbaycanın zəngin təbii ehtiyatlara malik olması səbəbindən zaman-zaman təcavüzlərə məruz qalmasından, xalqımıza qarşı tarixdə misli görünməmiş qətliamlar, qırğınlar törədilməsindən söz açıb. Belə bir tarixi hadisələrin, qırğınların səbəbkarlarından ən mənfurunun ermənilər olmasını qeyd edib. Ölkəmizin müxtəlif bölgələrində qırğınlar törədən ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.
Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova mövzu ətrafında tarixi faktlarla çıxış edib. O bildirib ki, ermənilərin xalqımıza qarşı mərhələlərlə 200 il davam edən bu soyqırımı siyasətinin səbəblərinin, mahiyyətinin və nəticələrinin ölkə və dünya ictimaiyyətinə çatdırılması yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub.
Əsrin əvvəllərində xalqımıza qarşı aparılan soyqırımlar qətliamlar, qırğınlar şəklində, daha sonralar isə siyasi müstəvidə repressiyalar şəklində həyata keçirilməyə başlanıb. Bu qırğınlarda məqsəd Azərbaycan xalqını yer üzündən yox etməklə tarixdə heç bir zaman reallaşması mümkün olmayan “Böyük Ermənistan” yaratmaq xülyası olub. Məhz bu amala görə erməni qaniçənləri azərbaycanlılara qarşı əsrin əvvəllərində mart soyqırımı, daha sonralar 1937-ci il repressiyaları, 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası, 1992-ci ilin 26 fevralında Xocalı soyqrımı kimi tarixi qətliamlar törədiblər.
Təəssüflər olsun ki, tarixdə baş verməmiş “qondarma erməni soyqırımı”nı tanıyan bir sıra dünya dövlətləri bu hadisələr zamanı ikili siyasət yeridərək, nəinki Azərbaycan xalqına qarşı törədilən bu qırğına qarşı çıxir, əksinə, bu qətliamları ört-basdır etməyə çalışırlar.
Uzun illərdən bəri Azərbaycan xalqının başına gətirilən erməni vəhşilikləri və müsibətləri onları əsla narahat etmir. Lakin hal-hazırda Azərbaycan xalqının güclü, müstəqil dövləti, yenilməz ordusu vardır. Dünya arenasında ölkəmiz öz gücünə, öz liderinə arxalanaraq inamlı, qətiyyətli addımlarla işıqlı gələcəyə doğru addımlayır. Bunun üçün tarixi keçmişimizi dərindən öyrənməli, qan yaddaşımız möhkəmləndirilməli, gənc nəsildə vətənpərvərlik ruhu daha da gücləndirilməli, tariximizin qanlı səhifələri bir daha araşdırılmalı, unutqanlığımızın aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirilməlidir.
İnanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində ölkəmizin erməni tapdağı altında olan torpaqları işğaldan azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına geri qayıdacaqdır.
R.Qasımov

Şərh Yaz