Xalqa sədaqətlə xidmət edək

YAP İsmayıllı rayon təşkilatının növbəti Şura iclası keçirilib. YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova iclası açaraq, prezidenti İlham Əliyevin öz çıxışlarında insan amilinə verdiyi dəyərdən, ölkə əhalisinə göstərilən diqqət və qayğıdan, həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində atılan uğurlu addımlardan, vətəndaşların etibarlı sosial müdafiəsi, bu siyasətin prioritet xəttə çevrilməsindən danışıb.

Natiq göstərib ki, Prezidentimizin buyurduğu kimi, hər bir vəzifəli şəxs, dövlət qulluqçusu, məmur xalqın xidmətçisidir, vətənə və xalqa sədaqətlə xidmət etməlidir. Bu baxımdan YAP rayon təşkilatı ölkə rəhbərinin bu tələb və göstərişini rəhbər tutaraq, vəzifəli şəxslərin hesabatlarının dinlənilməsinə diqqətin artırılması qərarına gəlib.
İclasda üç idarə rəhbərinin hesabatı dinlənilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair ölkə Prezidentinin Fərman və Sərəncamlarının icrası sahəsində görülmüş işlərlə bağlı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Çingiz Əliyevin, DSMF-nin rayon şöbəsinin müdiri Kamran Muradovun, yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən tədbirlər barədə Telekommunikasiya Qovşağının rəisi Elxan Əliyevin hesabatları dinlənilıb.
Rayon ƏSMM-nin direktoru Çingiz Əliyev yoxsulluğun azaldılması istiqamətində göstərilən xidmətdən, DSMF-nun rayon şöbəsinin müdiri Kamran Muradov ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əhalinin həyat səviyyəsinin yüksəlməsi, maddi rifah halının, həyat şəraitinin və güzəranının yaxşılaşmasına səbəb olan xidmətdən danışıb..
Telekommunikasiya Qovşağının rəisi Elxan Əliyev görülmüş işlər barədə məlumat verərək, hesabat dövründə gəlir planı 100,1 faiz yerinə yetirilməsindən, əhaliyə göstərilən rabitə xidmətnin keyfiyyətinin xeyli yüksəldiyini vurğulayıb.
İclasın sonunda YAP İsmayıllı rayon təşkilatının sədri Ə.Vahabova çıxış edərək rəhbər vəzifələrdə çalışan şəxslərin gördüyü işlərə dair hesabatların dinlənilməsini onların vəzifə borcunu layiqincə yerinə yetirmək sahəsində məsuliyyətini daha da artıracagına səbəb olacağını bildirib.
O, həmçinin ölkə miqyasında qəbul olunan Dövlət proqramlarının icrasında ayrı-ayrı idarələrin rəhbər işçilərin hesabatlarının dinlənilməsi prosesi davam etdiriləcəyini xatırladıb.
İlqar Əhmədli

Şərh Yaz